200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək?
"Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O deyib ki, Sərəncamın icrası ilə bağlı bizə ünvanlanan sualları qısa olaraq cavablandırmaq olar:
"Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq. Yəni, hazırda sözgüdən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq.
• Yardımlar necə ödəniləcək?
• Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.
• Yardımların alınması üçün hara müraciət etməli?
• Yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq.
• Digər sosial proqramlarda iştirak edənlər bu yardımı ala bilərlərmi?
• 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur.
• Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi?
•200 manatlıq birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Dekabr 2025 17:46
Azərbaycan benzininin Ermənistandakı satış qiyməti AÇIQLANIB
22 Dekabr 2025 17:27
Balıqçılıqla bağlı vergi güzəşti kürü istehsalına aid olmayacaq
22 Dekabr 2025 14:23
“Bir regionda baş verən hadisə minlərlə kilometr uzaqda qiymətlərə təsir edir...”
22 Dekabr 2025 13:22
Bu ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək
22 Dekabr 2025 10:51
Pərakəndə ticarətdə sadələşdirilmiş dövriyyə artırılır, vergi azaldılır: Qiymətlər də azalacaqmı?
22 Dekabr 2025 10:42
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
19 Dekabr 2025 17:29
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək
19 Dekabr 2025 15:42


Bakı -°C

