Azərbaycan mədəniyyətində niyə dövlətin bütün resursları "Hüseynova bacılarına" xərclənir?
“Əntiqə və əyləncəli sualdır. Cavabı daha da əyləncəlidir. 1906-cı ildə mühacirətdə yaşayan rus yazıçıları Lunaçarski, Qorki və Boqdanov ictimai fikri sənət vasitəsilə dəyişmək üçün Proletar Mədəniyyəti təşkilatı deyə bir hərəkatın təməlini qoydular. Rusiyada bolşevik inqilabından sonra bu sənət hərəkatı daha da böyüdü və iş başına keçdi. Qısa adı "Proletkult" olan bu hərəkat mədəniyyət sferasında müstəqil və kütləvi fəhlə hərəkatı idi”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
O, bildirib ki, inqilabdan sonra hərəkat üzvləri məktəblər, emalatxanalar və teatr dərnəkləriylə fəhlələrə elm və sənət öyrətməyə başladılar:
“Onlar "sənət xalq üçündür" devziylə yola çıxmışdılar. Proletkult Eyzenşteyn, Meyerhold, Popova kimi avanqardistlərin təşkilatıydı. Onlar avanqard sənəti marksizmlə əlaqələndirir, sənəti sosial və sinfi bir hadisə kimi görürdülər. Proletkultçuların lideri Boqdanov 19-cu əsrin sosialist utopikləri Sen-Simon və Furyedən təsirlənərək sənətin əsas rolunun ictimai həyatı təşkil etmək olduğuna inanırdı. Sənəti istehsalın, əməyin bir növü kimi xarakterizə edirdi. Proletkultun öncülləri və davamçıları tamamilə “müstəqil” və “yeni” mədəniyyət növünün yarana biləcəyini iddia edirdilər Bu mədəniyyətin adı isə "proletar mədəniyyəti"ydi və bu mədəniyyətin bayraqdarı sənət olacaqdı. Sinfi və sosial eksperimentlərə əsaslanan bir sənət. Bu sənət siyasətə yön verməklə bərabər yaradıcılığın fərdilikdən uzaqlaşdırıb kütləviləşdirəcəkdi. Boqdanov ingilis sosialist utopiki Con Ruskin kimi sənətin ən ali müəllim olduğuna inanırdı. Proletkultun yaratmaq istədiyi “yeni Mədəniyyət” bütün həyatı bədiiləşdirəcəkdi. Yeganə əmək bədii əmək olacaqdı. Boqdanov, Lunaçarski və Qorki sənəti elm və texnika, istehsalatla vəhdətdə görürdü. Onlar və davamçıları sənət aləmində ortaya çıxan ideyaları fabriklərə, emalatxanalara, zavodlara, tarlalara yayırdılar. İnqilabın bayrağı altında çalışan bütün istehsal sahələrində yaradıcı dərnəklər yaradılmışdı. Məsələn, Rəşid Behbudovun sənətə gəlişinin lentə alındığı "Bəxtiyar" filmini xatırlayaq. Filmdə o dövrün neft sənayesinin içində cürbəcür sənət sahələriylə məşğul olan fəhlələrin yaradıcı dərnəyi göstərilir. Bu dərnək istehsalın içinə yayılmış proletkult hərəkatının bir nümunsəidir. Filmin yaradıcı heyəti "Hüseynova bacıları" və digər fəhlələrdən düzəldilmiş sənət adamlarının obrazlarıyla məhz proletkultun ideyalarına ironiya edirlər. Son anda səhnəyə çıxan Rəşid Behbudovun performansı isə proletkulta verilmiş ən sərt cavabdır. Sənət həmişə fərdidir və kütlənin zövqünün fövqündədir. Kollektiv həmişə icraçıdır, onu yaradıcı olmağa məcbur edəndə ortaya "Hüseynova bacıları" çıxır. Yaradan həmişə təkdir: həm yerdə, həm göydə”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Noyabr 2026 13:09
Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş
21 Noyabr 2026 09:44
Vyetnamlı müğənni liderlərin qarşısında "Ey Vətən" mahnısını oxudu - VİDEO
19 Noyabr 2026 22:58
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTOLAR
19 Noyabr 2026 11:30
Əməkdar artist: “İşsiz olmağımdan həmkarlarımın xəbərləri yoxdur”
19 Noyabr 2026 07:37
Van Qoqun ölümündən iki ay əvvəl çəkdiyi əsər rekord qiymətə satıldı
18 Noyabr 2026 11:37
Aktyor: “Elə bilirdim ki, Azərbaycan kinosunun xilası olacam”
18 Noyabr 2026 11:17
Xaliq Tağıyev: “Heç bir qadın atamın şıltaqlığına dözməzdi”
18 Noyabr 2026 10:54


Bakı -°C

