“Bu cür humanist qərarlar dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmır...”
“Uşağın doğulması ilə əlaqədar kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi ilə bağlı qanunvericilikdə təklif edilən dəyişiklik doğru addımdır. Bu, ailə institutunun möhkəmlənməsi, valideyn məsuliyyətinin bölüşdürülməsi və ailədaxili harmoniyanın güclənməsi baxımından önəmlidir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Hesab edirəm ki, bununla paralel olaraq ailə quranlara 3 günlük ödənişli məzuniyyət hüququnun verilməsi, valideynlərin məktəb tədbirlərində iştirakını təmin edən yarım günlük “sosial fasilə” imkanının verilməsi və bu qəbildən digər sosial dəstək mexanizmlərinin qanunvericilikdə əks olunması vacibdir. Çünki, bu cür humanist və sosial həssas qərarlar dövlət büdcəsinə faktiki olaraq əlavə maliyyə yükü yaratmır. Lakin insanlar üçün böyük motivasiya yaradır, onların həyatına rahatlıq gətirir və dövlət–vətəndaş münasibətində müsbət psixoloji effekt formalaşdırır. Əgər bəzi sahələrdə görülməsi planlaşdırılan işlər əlavə maliyyə tələb etdiyi üçün icrası çətinləşirsə, o zaman heç olmasa maliyyə yükü yaratmayan istiqamətlərdə bu tip motivasiyaedici və ruhlandırıcı mexanizmlərin verilməsi məqsədəuyğundur. Çünki bəzən kiçik bir güzəşt və ya rahatlıq, böyük sosial nəticələr yarada bilir”,- deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Oktyabr 2026 19:00
Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik - Kobaxidze
12 Oktyabr 2026 09:20
Kreditini vaxtında verə bilməyənlərin nəzərinə - VİDEO
12 Oktyabr 2026 09:14
“Brent” ucuzlaşdı
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03


Bakı -°C

