“5 ildir böyük coşğu və təntənəylə qeyd etdiyimiz misilsiz Qarabağ zəfərimizin kökündə...”
“Bizi 2 əsrlik bir problemdən qurtuluşa götürən, haqqını və azadlığını savaşla qorumağı bacaran qürurlu və cəsur xalqlar sırasına qoşan Zəfər yolumuz 5 il əvvəlin 8 noyabrında - Şuşanı düşməndən azad etməyimizlə açılmışdı! Məhz Şuşanı aldıqdan sonra düşmən önümüzdə diz çökmüş, üzərinə təslimçi öhdəliklər götürməklə, atəşkəs razılaşmasını imzalmağa məcbur qalmışdı! İndi isə sülhün bir addımlığındayıq!”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
O, bildirib ki, Şuşanın işğaldan azad edilməsi və ondan sonra yaşananlar bizə İslam tarixindəki məşhur “Xeybər qalaları”nın fəthi hadisəsini xatırladır:
“Mədinənin, təxminən, 150 kilometrliyində və Şama gedən əsas ticarət yolunun üzərində yerləşmiş “Xeybər qalaları”nda məskunlaşan yəhudilər o vaxt yenicə təşəkkül tapan İslamın yayılmasında əsas maneələrdən və fitnə-fəsad yuvlarından birinə çevrilmişdi. 628-ci ildə Peyğəmbərimizin (s.) başçılığıyla “Xeybər qalaları” uğrunda döyüş başladı və bu qalaların fəthiylə də, yəhudilərin canlarına qorxu düşdü, onlar üzərlərinə təslimçi öhdəliklər götürməklə, Peyğəmbərimizlə (s.) sülh sazişi imzalamağa, müsəlmanların Şama gedən yolunu açmağa məcbur qaldılar. Bu böyük fəthin müjdəsini isə əziz Peyğəmbərimiz (s.) öncədən – hələ Hüdeybiyyədə müşriklərlə müqavilə imzaladıqdan sonra almışdı... Həmin vaxt nazil olan “Fəth” surəsinin ilk ayələrində Ümmət Başçısına (s.) xitabla bu möhtəşəm çağırış vardı: “Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah bununla sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcək. Allah sənə yenilməz qələbə verəcək”!”.
O, bildirib ki, inanın, bizim 5 ildir böyük coşğu və təntənəylə qeyd etdiyimiz misilsiz Qarabağ zəfərimizin kökündə də, bir tərəfdən, şəhidlik yoluna çıxmış əsgər və zabitlərimizin heyrətamiz şücaəti, xalqımızın mütəşəkkil, ləyaqətli davranışı və Prezident İlham Əliyevin Ali Baş Komandan kimi əzmkarlığı, qətiyyəti və doğru qərarları durursa, o biri tərəfdən də, bütün bunların təməlində, ilk növbədə, analarımızın dualarını eşidən qüdrətli Allahın iradəsi yatır!:
“O Allahın ki, bu zəfərlə ölkənin rəhbərindən tutmuş sıravi vətəndaşınadək, bizim keçmiş günahlarımızı bağışlamaq, bizi bir xalq olaraq doğru yola yönəltmək və o yolda da sabitqədəm etmək istəyir! Yetər ki, hamılıqla bunu anlayaq, ayılaq, geriyə baxaq, keçmiş səhvlərimizdən nəticə çıxaraq, hamılıqla əl-ələ verməklə övladlarımızın, gələcək nəsillərimizin dinc və xoşbəxt yaşadığı, müharibələrin olmadığı, anaların və körpələrin gözüyaşlı qalmadığı gözəl, yalnız ədalətin hakim olduğu firavan bir ölkə, cəmiyyət quraq! Yox, əgər bunu anlamayacaq, qələbədən başımız gicəllənəcək, eyforiyaya qapılacaq və təkəbbürə yol verərək yenə də müharibədən əvvəlki halımıza dönəcəyiksə, inanın, bu dəfə Allah bizi bağışlamayacaq və qəzəbindən də qurtuluş olmayacaq! Bizi yenidən yaradan, gözlərimizi və könlümüzü açan, şükrümüzü artıran möhtəşəm Zəfər Günümüz mübarək! Allah millətimizin və ümmətimizin qələbələrini daimi, bizi isə bağışladığı və qəzəbinin tutmadığı kəslərdən etsin!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Mart 2026 18:21
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
03 Mart 2026 15:06
İlham Əliyevdən alternativ enerji mənbələri ilə bağlı açıqlama
03 Mart 2026 15:05
"Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq"
03 Mart 2026 15:04
"Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır" - Dövlət başçısı
03 Mart 2026 15:03
"Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik" - Prezident
03 Mart 2026 13:24
“Biz bu ədalətsizliyə məruz qalanda heç kim onu aradan qaldırmadı...”
03 Mart 2026 12:46
Vüqar Mustafayev Ankarada Yaşar Gülərlə müzakirələr apardı
03 Mart 2026 12:41


Bakı -°C

