“Yaxın səkkiz ildə Azərbaycan özü-özünü ətlə təmin edə bilər...”
Son aylarda mağaza və bazarlarda Monqolustandan gətirilən ət alıcılar arasında böyük marağa səbəb olub. Kilosu cəmi 12 manata təklif olunan bu ətlər artıq bir çox marketin vitrinində yerli məhsulları sıxışdırır. Rəsmi məlumata görə, ötən il ölkəyə idxal olunan ətin həcmi 41% artıb. Braziliya, Qazaxıstan, Belarus və hətta Avropadan gətirilən ət növləri də bazarda geniş yayılıb.
Məsələylə bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda ət defisiti mövcud olduğundan xarici bazardan ölkəyə ət axını güclənib:
“Bu təbiidir və təsadüfi deyil ki, Azərbaycandakı ət bazarını Peruda belə izləyirlər. Malik adında bir adam tez-tez Perudan mənə zəng edərək Azərbaycanda meqa firmaların yaradılmasını, ət təminatı üçün dövlət proqramlarının necə icra edilməsini izlədiyini bildirir. O təəssüflər qeyd edir ki, problemlər yaşanır. Demək istəyirəm ki, Cənubi Amerikada belə Azərbaycandakı bazar izlənilir. Əlbəttə, buna görə Monqolustandan gətirilən qoyun ətləri də hazırda öndədir. Bu ətlər normal ətlərdir və sadəcə olaraq dondurulmuş ətlərə Azərbaycan istehlakçıları az təlabat yaradır. Məsələn, İran Azərbaycanla müqayisədə Monqolustandan qat-qat çox ət alır. Azad İstehlakçılar birliyi optimisdir. Əgər işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq fermaları yaradılarsa, düşünürəm ki, yaxın səkkiz ildə Azərbaycan özü-özünü ətlə təmin edə bilər. Təsadüfi deyil ki, Kəlbəcərdən olan baytarlar ofisimizə gələrək bildirirlər ki, biz dövlətin bu proqramlarına dəstək verməyə hazırıq. Onlar təəssüflə qeyd edirlər ki, onları heç kim heç yerə çağırmır. Düşünürəm ki, heyvandarlıq inkişaf edəcək və Azərbaycan özünü ətlə təmin edəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

