Zəfər paradında hansı silahlarımız nümayiş olunacaq? – Hərbi ekspert açıqladı
“Bildiyimiz kimi, noyabrın 8-də Azərbaycanın Ermənistan üzərində qələbəsinin beş illiyinə həsr olunan Zəfər paradı keçiriləcək. Azərbaycan son illərdə bir neçə dəfə hərbi paradlar keçirib. Lakin bu Zəfər paradının bir qədər daha geniş miqyasa malik olacağı gözlənilir. Çünki bu ilk yubiley paradıdır. Artıq biz qələbəmizin beş illiyini qeyd edirik”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, paradda təbii ki, bizim qələbə bayrağımız, Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Təyinatlı Qüvvələrin, eyni zamanda müttəfiq və dost ölkələrin parad heyətlərinin iştirakı gözlənilir:
“Bunun vacib kompanentlərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan və yeni əldə olunan silah və texnikalarının bir hissəsinin nümayişindən ibarət olacaq. Silah, texnika, vasitə və avadanlıqların bir hissəsi yeni əldə olunub və onlar əvvəlki paradlarda nümayiş etdirilməyib. Hesab edirəm ki, bu paradda Vətən müharibəsindən sonra əldə etdiyimiz və operativ təyinatlı “Akınçı” PUA-ları, JF-17 döyüş təyyarələri və yerli müdafiə sənayesinin istehsal etdiyi digər vasitələr ilk dəfə nümayiş etdiriləcək”.
Ə.Verdiyev bildirib ki, bundan başqa parad zamanı Cənab Prezidentin çıxışı da olacaq:
“Bu çıxış zamanı Cənab Prezident Silahlı Qüvvələr qarşısında yeni vəzifələr qoyacaq. Çünki daha əvvəl Ali Baş Komandan tərəfindən verilən vəzifələr artıq yerinə yetirilib. Azərbaycanın ərazi və sərhəd bütövlüyü tamamilə təmin olunub. Suverenliyimiz bərpa edilib. Bundan sonra isə ordu quruculuğu sahəsində yeni vəzifələrin təyin edilməsi də gözləniləndir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

