17 Oktyabr 2025 17:34
94
SİYASƏT

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olunub

Azərbaycanın NATO yanında daimi nümayəndəsi Cəfər Hüseynzadə NATO Parlament Assambleyasına (PA) yeni təyin olunmuş baş katib Benedetta Berti ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi "X" hesabında məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan və NATO tərəfdaşlığı, Sülh Naminə Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, NATO Parlament Assambleyasında birgə fəaliyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparılıb.