“Əli Səmid Kür də istedadının qədrini bilsəydi, canına yazığı gəlsəydi...”
“Bir dəfə yekəqarın dostlarımızdan biri soruşdu ki, bizim istedadlar niyə öz qədrlərini bilmirlər? Cavab verdim ki, öz qədrini bilən istedad deyil, bacarıqdır, fərasətdir. İstedad öz qədrini bilməyəndir. Çünki istedad qədrdən çox yuxarıda olan bir dəyərdir. İstedadın qədrə ehtiyacı yoxdur. Bir də sənin kimilərlə eyni dünyada yaşamaqdan ötrü istedad niyə özünə əziyyət verib qədrini bilməlidir? İstedad qədri bilinsə də öz işini görəcək, bilinməsə də”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, çünki istedad qiymətləndirmənin nəticəsi olaraq var olan bir şey deyil:
“Qiymətləndirilən şey bacarıqdır. Qiymətləndirilmədikdə zibilə dönür. Bizdə ölən istedadlı adamların arxasınca tez-tez belə bir söz deyirlər: Canına yazığı gəlmirdi. Ay millət, canına yazığı gələn adamdan şair olmaz, rəssam olmaz, müsiqiçi olmaz. Ümumiyyətlə, yaradıcı adam olmaz. Yaradıcılıq can alan işdir. Sizi yaradıcılığın imitasiyasıyla məşğul olub özünün, arvad-uşağının, katibəsinin, sürücüsünün zadın qədrini bilən, özüylə bərabər bütün nəslinin canına yazığı gələn adamlarla aldadıblar. Əli Səmid Kür də istedadının qədrini bilsəydi, canına yazığı gəlsəydi ölüsüylə dirisinin bir fərqi olmayan yüzlərlə pis şairdən biri olacaqdı. Halbuki bu gün bütün ədəbiyyat mühiti bilir ki, əsl şair ölüb. Əsl şairdən geriyə əziz xatirə qalmır, qorxu, əzab, dəhşət, vahimə qalır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Dekabr 2025 18:29
Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
06 Dekabr 2025 13:58
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu
06 Dekabr 2025 09:26
“Bu ədəbiyyatdan bixəbərlər mədəniyyətsiz və nankordurlar...”
05 Dekabr 2025 18:10
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 12:47
Niyə yəhudilərdə milliyət ana xətti ilə müəyyən edilir? - Murad Köhnəqala yazır
04 Dekabr 2025 13:33
Bitməyən komediyaya sözardı və ya “Gülçöhrə və Əsgər” pyesinə yazılan ağı... - Esmira İsmayılova yazır
04 Dekabr 2025 12:39
Həyat imtahandır və ya nə yaxşı ki, yaxşılar var
03 Dekabr 2025 16:16


Bakı -°C

