03 Oktyabr 2025 15:51
80
HADİSƏ

Metroda sərnişinin vəziyyəti pisləşdi...

Biz tez-tez metroda və avtobuslarda bəzi sənişinlərin səhhətinin pisləşməsi ilə üzləşirik.Sentabrın 3- də saat 11:30- də metronun " Dərnəgül" stansiyasından "  " Həzi Aslanov" hərəkət edən qatarda  bir sərnişinin vəziyyəti pisləşdi. " Elmlər akademiyası "na yaxınlaşanda onun vəziyyəti bir qədər də ağırlaşdı. Ona hamı kömək eləmək istəyirdi. Kimi su verirdi, kimi dərman, kimi də onu yelləyirdi.

Və ən çox ona kömək göstərən  Çevik Polis Alayının əməkdaşı idi. Təsadüfən o da qatarda idi, polis əməkdaşı xəstə insana hər cür yardım edirdi. Hətta polis əməkdaşı onun yaxşı nəfəs alması üçün ona su verir,dəsmalla tərini silir, sərinlik yaratmaq üçün bütün vasitələrdən istifadə edirdi.Deyirdi ki, əmi bir qədər döz "28 may'" çataq , hər şey yaxşı olacaq! Qatar həmin stansiya çatanda Çevik Polis Alayının əməkdaşı onu qucağına alıb ehmalca stansiyadakı oturacağın üstünə qoydu.

Və orada xidmət aparan polis əməkdaşına dedi ki, əminin səhhəti pisləşib, təcili həkim çağırın! Orada xidmət aparan metropoliten polisi və eləcə də metronun işcisi xəstəy öz qayğısın göstərdi. 70- dən çox yaşı olan kişi isə  özünə gələ bilmirdi. Həkimlər gəldilər,ona yardım etdilər və xəstənin səhhəti yaxşılaşdı.

Bizi ən çox sevindirən Çevik Polis Alayının əməkdaşının  və metropoliten  polisinin  xəstəyə olan diqqəti və sevgisi idi. Polisin nəcib hərəkətinə görə , ərrafadakı sərnişinlər hər iki polisi minnətdarlıqların  bildirdilər. Bax , həmişə belədir; bizim çətin günümüzdə hamıdan tez polis bizə kömək edir. Allah belə xeyirxah polisləri qorusun! Və nə yaxşı ki, Azərbaycan Polisi var!!!

Emil Faiqoğlu