adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Yanvar 2017 13:00
20205
ƏDƏBİYYAT

Qvazimodanın bənzəri

Adalet.az Oğuz Ayvazın "Qvazimodanın bənzəri" yazısını təqdim edir:


Hər gün işə gedəndə Zahid Xəlilovküçəsinin tinində əlində salfetka, divara söykənmiş köhnə bir velosipedi olanbir adam diqqətimi çəkir. Hər dəfə ordan keçəndə onun sakit dayanmasına,gözlərindəki ümidin son çırpınışlarına baxanda ürəyimin pıçıltısını eşidirəm.


Başında kirli bir papaq, çöhrəsində nazik saqqalı, çənəsi əyri, birgözü çaşı baxır. Beli də əyridir. Əynindəki paltarlar nimdaşdır. Heç vaxtküçəsini dəyişmir. Salfetkalar bəzən əlindən sürüşüb küləyə qarışır. Yanındanötüb keçən tələsən adamlar onun mövcudluğundan xəbərsizdilər sanki. Heç səsiniçıxardıb deyə də bilmir ki, salketka alın. Deyəsən, həyatın qarşısında susub.


Onu Viktor Hüqonun "Notr-Dam kilsəsi”ndəki Qvazimodo obrazınabənzədirəm. Hə, hə Qvazimodoya. Əsərdə Qvazimodo ən kədərli obrazdır. Bəlkə dədünya ədəbiyyatının ən kədərli obrazı...


Heç kim onu sevmir, insanlar ondan qaçır. Qvazimoda isə yalnız birşeylə xoşbəxtdir: kilsə zənglərini bir-birinə vurmaq. Qulaqlarını kar eləsə dəkilsə zənglərindən daha doğma bir yer yoxdu ona.


Keşiş Qvazimodanı qundaqda olanda tapır. Çirkin olduğundan onaQvazimodo adı verir. Mənası "tamamlanmamış”, "yarımçıq” deməkdir...


Bir gün bu qozbel bir qızı da sevir. Onun sevgisi o qədər böyük olurki, sevdiyini dar ağacından belə xilas edir... O möhtəşəm qızın adıEsmeraldadır. Bütün Paris kişilərinin vurulduğu qadın.


Bir gün yağışlı havada metroya tələsirdim. Fikir verdim ki, onun dayandığı yer boşdu,boşluğuna yağış yağırdı. Bəlkə başqa yerə gedib, bəlkə də haradasa çöməlib özkeçmişini yada sala-sala araq içir. Kim bilir?


Mən isə onu görmək istəyirəm. Qvazimodaya bənzəyən adamın gözlərinəbaxıb insanların acı taleyinə kədərlənmək, həyata üsyan etmək istəyirəm. O isəyoxdur, bəlkə də çox uzaqlara, heç kimin bilmədiyi yerlərə gedib, anlaşılmaz,gözəgörünməz həyatını davam etdirir. O yəqin başqa bir yerlərdə dayanıb, salfetkalarınısatır. Bəlkə də velosipedi qırılıb, ya da oğurlanıb?


Mən onun yaşadıqlarını anlamağa çalışıram. O isə yoxdur. Onu tapmaqartıq çox çətindir. O ümidlərinin bitdiyi, çarəsizliyinin başladığı yerlərəgedib çıxacaq və bir gün anlayacaq ki, həyatda yalnız özü ilə insan yola gedəbilir, özündən başqa heç kim sənə yar deyil. Çıxıb getmək də bəhanə deyil, çıxıbgediləsi yer yoxdur. Çünki insan özünə bağlanmış bir həbsxanadır. Özündənqaçmaq olmur, ey Qvazimodoya bənzər adam, heyif ki, olmur. Amma üzülmə. Bu günyağış yağsa belə sabah günəş doğacaq!