adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Yanvar 2018 14:44
26539
ƏDƏBİYYAT

QUZEYƏ KÖÇ MÖVSÜMÜ

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir). Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları öz oxucularına təqdim edir.


DOQQUZUNCUFƏSİL

Gözlənilmədən dünyanı altı üstünəçevrildi. Sevgi? Yox, sevgi buna qadir deyil. Bu, nifrətdir. Onun hər şeyə gücüçatır. Nifrət hissinin təsirindən alışıb yanır, qisas ehtirasıyla çırpınıram, rəqibimsəorda, içəridədir, ancaq mən hökmən onunla üzbəsurət görüşməliyəm. Düzdür,beynimdə nəsə inadkacasına pıçıldayır ki, bunun bir mənası yoxdur.

Mən Mustafa Səidin qurtardığı yerdənbaşlayıram. Hərçənd, o məndən fərqli olaraq heç olmasa, özü öz seçiminietmişdi, mənsə heç nə seçə bilmədim, necə var idimsə, eləcə də yarı yoldailişib qaldım. Qərbdə günəşin diski bir müddət düz üfüqdə asılıb qalandan sonraqəfildən alatoranlığın içində əriyib yox oldu. Pusquda dayanmış qaranlıq ordusudərhal bütün dünyanın sahibinə çevrildi.

Ona bütün həqiqətlər deyilsəydi, yəqinki, elədiyini eləməzdi. Mən döyüşü uduzdum, çünki necə hərəkət etmək lazımolduğunu bilmədim, heç bir qərar qəbul edə bilmədim.

Mən dəmir qapının ağzında çox dayandım.

İndi tək-təhayam, başımı söykəməyə, gizlənməyəyerim yoxdur, heç kim məni müdafiə etməyəcək. Bu ana qədər mənim dünyam orda,bu divarların çölündəydi, ancaq indi o, daralıb, üstəlik, alt-üst olub. Bu gendünyada tək-tənha qalmışam, bütün dünya və mən, başqa heç kim mövcud deyil. Bəs,keçmişə uzanan köklər hardadır? Həyat və ölüm haqqındakı düşüncələr hara yoxolub getdi? Karvanlar və qəbilələrin başına nə iş gəldi? Cavan gəlinlərin xoşbəxthay-harayları, Nil daşqınları, yayın və qışın şimal küləkləri harda itib-batdı?Sevgi? Sevgi buna qadir deyil. Bu, nifrətdir. Budur, mən Mustafa Səidin evindəkidəmir qapının, qübbəvari tavanlı, yaşıl pəncərəli uzun otağın qarşısındakıqapının ağzında durmuşam. Açar mənim cibimdə, rəqibimsə orda, içəridə, qapınınarxasındadır. Onun sifətində, heç şübhəsiz, iblisanə bir sevinc ifadəsi var. Mənonun varisiyəm. Biz hər ikimiz eyni qadına vurulmuşuq və mən onun rəqibiyəm.

Açar asanlıqla qıfılın içində fırlandı.Burnuma rütubət və köhnə xatirələrin qoxusu gəldi. Bu qoxu mənə tanış idi. Buyanmış səndəl və aloe qoxysuydu. Mən qaranlğa girdim, əllərimi divaratoxundura-toxundura özümə yol tapırdım. Bu da pəncərə. Mən onu taybatayaralayıb, taxtasını açdım. Sonra ikinci, üçüncü pəncərəni. Ancaq küçədən evəyalnız zülmət dolurdu. Kibrit yandırdım və işıq atəş dalğası kimi gözləriməvurdu. Qaranlıqdan dodaqları bərk-bərk bir-birinə sıxılmış qəmgin bir sifətüzüb gəlirdi. Bu mənə tanış sifət olsa da, onu çoxdan unutmuşdum.

Mən nifrət cığırıyla daha bir addımatdım. Budur o, mənim rəqibim, mənim düşmənim Mustafa Səid. Sifətinin ardıncaboynu göründü, onun ardınca çiyinləri və sinəsi, sonra bədəni və ayaqları. Buvaxt öz-özümlə üzbəüz durduğumu gördüm. Məgər bu, Mustafa Səiddir? Yox. Bu mənözüməm. Güzgüdə qəmli, qaşqabaqlı bir sifət əks olunmuşdu. Bu vaxt həmin əksyox oldu, ətrafı zülmət bürüdü. Mən bir xeyli qaranlıqda oturdum və bilmirəm nəqədərsə qulaqlarımı şəkləyib qulaq asdım. Ancaq heç nə eşitmədim. İkinci kibritgiləsini yandırdım və bu zaman hansısa bir qadının acı bir təbəssümlə güldüyünügördüm. Mən hər tərəfdən zülmətlə əhatə olunmuş işıq vahəsində oturmuşdum.Yan-yörəyə göz gəzdirərkən stolun üstündə, düz əlimin yanında köhnə bir lampagördüm. Lampanı silkələyəndə onun içində çalxalanan ağ neftin gurultusunueşitdim. Necə bir möcüzə! Lampanı yandıran kimi qaranlıq geri çəkildi, divarlargenişləndi, tavan yuxarı qalxdı. Fitili bir az da qaldırdım və işıq daha dagurlaşdı. Qoy, bu kərpicin, ağacın, yanmış səndəlin və aloenin... kitablarınqoxusu itib-barmasın. Aman allah! Dörd divarın hamısına döşəmədən tavana kimi kitablardüzülüb. Rəflər, rəflər, kitablar, kitablar, kitablar. Siqaret yandıran kimiciyərlərim yad qoxuyla doldu. Sarsaq! Öz həyatının yeni səhifəsini açmaq istəyənadam məgər belə hərəkət edər? Mən şaha mane olacam. Mən ceyranı yandıracam. Vəmən ayağımın altındakı nazik xalçanı yandıraraq, alovun əlində nizə tutubceyran dalınca çapan İran şahını necə udduğuna tamaşa eləməyə başladım. Lampanıyuxarı qaldıranda gördüm ki, bütün döşəməyə İran xalçaları döşənib. Qapınınqarşısındakı divarda tutqun deşik görünürdü. Lampanı əlimə alıb o tərəfə getdimvə... buxarı gördüm. Bəli, ağzı mis şəbəkəli, qabağı göy mərmərlə üzlənmiş əslingilis buxarısı, təsəvvür eləyirsiz? Buxarının qarşısındakı döşəməyə də mərmərdöşənmiş, onun yanlarına ala-bəzək ipəkdən üz çəkilmiş, viktorian dövrünə məxsusiki kreslo və üstünə kitab-dəftər yığılmış dairəvi stol qoyulmuşdu. Qəfildənbir neçə dəqiqə əvvəl üzümə gülən qadının sifətini gördüm. Buxarı rəfində yağlıboyayla çəkilib qızılı çərçivəyə salınmış kifayət qədər böyük bir portret varidi. Sağ tərəfin küncündə "M.Səid” imzası görünürdü. Otağın ortasındakı alov nəinkisönməmişdi, hətta yanğına çevrilmək təhlükəsi qarşısındaydı. Onu söndürmək üçünon səkkiz addım atmalı oldum. Alovu tapdalayıb söndürərkən addımlarımısayırdım. Mən qisas almağa susamışdım, intiqam almaq üsulu axtarır, ancaq özmarağımın öhdəsindən gələ bilmirdim. Yox, əvvəlcə baxım, hər şeyi öyrənim,yalnız bundan sonra yandırım və hər şey izsiz-soraqsız yox olub getsin.

Kitablar... Lampanın işığında onların hansıqaydayla düzüldüyünü gördüm. İqtisadiyyat haqqında kitablar, tarixi əsərlər, bədiiədəbiyyat. Zoologiya. Geologiya. Riyaziyyat. Astronomiya. Britaniyaensiklopediyası. Qibbon... Makkoley... Toynbi. Bernard Şounun seçilmiş əsərləri.Keyns, Smit, Robinson. "Rəqabət iqtisadiyyatının qısa kursu”, Qibson,"İmperializm”, Robinson, "Marksisit siyasi iqtisad haqqında”. Sosiologiya,Seksologiya, Psixolgiya. Tomas Qardi. Tomas Man. Tomas Mor. Virciniya Vulf.Vitqenşteyn, Eynşteyn, Breyerli.

Mənə məlum olan kitablar və varlığındanəsla xəbərim olmayan kitablar. Mövcudluğuna şübhə etmədiyim şairlərin şeirlər məcmuəsi.Qordonun gündəliyi. "Qulliverin səyahəti”.Tomas Karleylin "Fransız inqilabının tarixi”. Lord Ektonun "Fransız inqilabıhaqqında mühazitələr”i. Bərk cildli kitablar. Yumşaq cildli kitablar. Tumaccildli qədimi kitablar. Sanki təzəcə mətbəədən çıxmış yeni kitablar. Başdaşıkitabəsi kimi böyük foliantlar. Oyun kartı boyda balaca, kökü qızılı rənglixırda cildlər. Avtoqraflar. İthaflar. Kardon qutuların içindəki kitablar.Stulların üstündəki kitablar. Döşəmədəki kitablar, hər tərəfə yığılmışkitablar. Bu nədir? Bu nə tamaşadır? Bütün bunlar nədən ötrüdür? Ouen. Ford.Stefan Sveyq. A.Q. Braun. Laski...

İngiliscə Quran. İngiliscə Bibliya. HilbertMerrey, Platon. Mustafa Səid, "İmperializm iqtisadiyyatı”. Mustafa Səid,"İmperializm və monopoliya”. Mustafa Səid, "Xaç və barıt”, "Afrikanın talanı”.Prospero Vikelban, "Totem və tabu”. Bir dənə də olsun ərəb kitabı yoxdur!Hansısa qəbirstanlıqdır. Sərdabədir. Ağılsızlıqdır. Həbsxanadır. Məsxərədir. Xəzinədir.Sezam, açıl və var-dövlətini insanlara ver.

Palıddan düzəlmiş tavan otağınortasında qırmızımtıl damarlı sarı mərmərdən olan iki sütuna söykənmiş tağla tənyarı bölünür. Tağ parlaq haşiyəli keramik yastı daşlarla üzlənmişdi. Mən tutqunrəngli cilalanmış dəyirmi stolun qarşısında dayanıb baxır, ancaq onun hansıağacdan hazırlandığını heç cür ayırd edə bilmirəm. Stolun ətrafında oturacağınadəri üz çəkilmiş, hündür söykənəcəyi oyma naxışlarla bəzənmiş beş stulqoyulmuşdu. Sağ tərəfdə göy məxmərlə üzlənmiş alçaq divan var idi. Onun mütəkkələri...əlimlə onlara toxundum. Hə, düzdür, dəvəquşu tükündəndir. Buxarının sağında vəsolunda əvvəl gözümə dəyməyən bəzi şeylər gördüm. Sağ tərəfdə qoyulmuş uzunstolun üstündə içindəki şamları bir dəfə də yandırılmamış on şamlıq gümüş qəndilvar idi. Solda da belə bir şamdanlı stol. Mən bir-bir şamların hamısınıyandırdım və buxarının rəfindəki portret onların işığında çox aydın şəkildəgöründü. Bu, təkəbbürlü qaşların altından baxan iri gözlü, uzun qadın sifətiydi.Bir balaca iri burnu, azacıq gülümsəyən ağzı var. Bu vaxt gördüm ki, divardakıqabağı şüşəli kitab rəfləri buxarını çərçivəyə salan və iki fut qabağa çıxan ağşkafa dirənir. Mən rəflərin şüşəli qapılarının arxasındakı fotoşəkillərəbaxmağa başladım. Mustafa Səid gülür, Mustafa Səid yazır, Mustafa Səid çimir,Mustafa Səid şəhər kənarında, Mustafa Səid universitet mantiyasında, Mustafa Səidavar çəkir, Mustafa Səid milad bayramında başına tac qoyaraq Məsihə mirra və ətirlimaddə gətirən üç çardan birinin kostyumunda. Mustafa Səid kişiylə qadınınarasında. Bəli, Mustafa Səid həyatının hər bir anını ya xatirə, ya da tarixüçün lentin yaddaşına köçürdüb. Mən qadın fotoşəkillərindən birini götürüb, diqqətləbaxdım və ordakı yazını oxudum: "Şeyladan sevgi və məhəbbətlə”.

Əlbəttə, bu, Şeyla Qrinvurddur. MustafaSəidin hədiyyələr və hiyləgər nitqlərlə şirnikləndirdiyi, iti və hökmlübaxışlarıyla məftun elədiyi fermer qızı. O, yanmış səndəl və aloe ətriylə buqızın başını dumanlandırmışdı. Fotoşəkildə mehribanca gülümsəyən bir sifətgörünür. Boğazındakı boyunbağı, yəqin ki, fil sümüyündən olan həmin... Çılpaqqollar, hündür sinə. Gündüz o, kafedə xörəkpaylayan işləyir, axşamsa politexnikinstitutunda oxuyurdu. Ağıllı qız idi. O, gələcəyin fəhlə sinfinə məxsusolacağı, nəhayət, adamları bir-birindən fərqləndirən bütün imtiyazların ləğvediləcəyi və hamının qardaşlacağı günün gələcəyinə inanırdı. O, Mustafa Səidədeyirdi: "Anam qara dərili kişini sevdiyimi bilsə dəli olacaq, atamsa məniöldürəcək, amma bu mənim vecimə də deyil”. Mustafa Səid deyirdi: "Mənimqucağımda o mənimçün Meri Lloyun mahnısını oxuyurdu. Mən hər həftənin cüməaxşamlarını onun Kamden-Taundakı otağında keçirir, bəzənsə o özü bizdə gecələyirdi.O mənim üzümdən öpür və deyirdi: "Sənin dilin tropiklərin qürubu kimiqırmızıdır”. Biz bir-birimizdən doymaq bilmirdik. Hər dəfə o mənə baxanda sankibirinci dəfə görürmüş kimi deyirdi: "Sənin dərinin tutqun çaları necə də gözəl,necə də valehedicidir, sehr, sirr və ehtiras rəngidir”. O özünü öldürdü”. ŞeylaQrinvurd həyatına niyə intiharla son qoydu, cənab Mustafa Səid? Niyə? Bilirəm,sən hardasa burda, fironun bu məqbərəsində gizlənirsən, ancaq əmin ol ki, mənonu yandıracam, mütləq yandıracam, sənin gözünün qarşısında yandıracam.