adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Noyabr 2017 13:45
25680
ƏDƏBİYYAT

QUZEYƏ KÖÇ MÖVSÜMÜ

Sudan yazıçısı TayibSalih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir).Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köçmövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcüməolunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinətərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları özoxucularına təqdim edir.


Birincifəsil

Uzun fasilədən sonra evə qayıtdım: burdan gedəndənyeddi il sonra. Bütün bu illər ərzində Avropada təhsil alırdım. Həmin yeddiillik ömrümdən çox şeylər qəlbimə köçərək, birdəfəlik mənimlə qalıb, çox şeylərsəunudulub gedib. Ancaq bu, təmiz başqa bir hekayətdir. İndi əsas məsələ odur ki,mən qayıtmışam. Nilin döngələrində itib-batan balaca bir kənddəki doğmalarımdanötrü darıxaraq qayıtmışam.

İlk dəfə yaxınlarımı bağrıma basanda,canlarının hərarətini hiss eləyəndə içimdə nəsə titrədi və başa düdüm ki, buinsanlardan uzaqlarda keçirdiyim yeddi il, əslində, onlara qovuşmaq yolundakısonsuz cəhdlərdən başqa bir şey deyilmiş. Mən hardasa içimin dərinliklərinə necəbir hərarət dolduğunu duyurdum: sanki adamın günəşin qızmar istisi altındaqızışan canı yavaş-yavaş soyuqdan xilas olurdu. Həqiqətən, elə bil üstümə günəşdoğmuşdu – yaxınlarımın yanında özümü necə də yaxşı və rahat hiss eləyirdim. Buxoş duyğuların içində üzür və düşünürdüm: görəsən, axı, ilanların belə soyuqdangəbərdiyi bir ölkədə bu qədər uzun müddət necə yaşaya bildim?!

Bu könüllü sərgərdanlıq dönəmində özyerlilərim haqqında çox düşünürdüm. Ola bilsin elə ona görə də ilk görüş dəqiqələrindəsanki aramızdan qatı dumana oxşayan bir sədd çəkilmişdi. Ancaq duman çox tezdağıldı, səhər tezdənsə mən uşaqlıq xəyallarımın və gicbəsərliklərimin sirlərinisəssiz-zəmirsiz öz divarlarında qoruyub saxlamış otaqda, hələ uşaqkən yatdığımçarpayıda ayıldım.

Yuxudan qalxarkən başa düşdüm ki, heç birsutka keçməmiş yenidən küləyin səsinə alışmışam. Bu səs mənə yaxşı tanış idi.Onun ruhunda xurma ağaclarının pıçıltısı, taxıl zəmilərinin xışıltısı var idi.Mən qumru quşunun qurultusuna qulaq asa-asa pəncərədən həyətimizin ortasındakıpalmaya baxırdım. Onun möhtəşəm və şax gövdəsinə, torpağın içinə gedən köklərinə,yerə tökülən uzun yarpaqlarınatamaşa edirdim. Bu tablolar məni həyatın, onun adamın ruhunu sakitləşdirənfüsunkar gözəlliyinin ağuşuna atmışdı. Mən artıq küləyin hər şıltaqlığına itaətkarlıqgöstərən bir lələk deyildim. İndi mən küləyə tabe olmayan möhkəm, torpağın dərinliklərinəkök atmış bir palma ağacı kimiydim.

Anam içəri girdi. O mənə çay gətirmişdi.Atam da sübh namazını bitirib mənim otağıma gəldi. Bacım və iki qardaşım da gəldilər.Biz çay içə-içə söhbət eləyirdik. Hər şey lap əvvəllər olduğu kimiydi – ilk dəfəhəyata göz açdığım vaxtlarda olduğu kimi. Allaha şükür ki, dünya onu ilk dəfənecə duymuşdumsa, eləcə də qalmışdı. O çox gözəl idi.

Birdən məni qarşılayan camaatın arasındaötəri gördüyüm bir adamın sifətini xatırladım. Orta boylu, əlli yaşlı,saqqalsız, çallaşmış, kənddəki adətlərin ziddinə olaraq qısa bığlı (kəndimizdəuzun bığ saxlamaq dəbdəydi) bu adamın kim olduğunu soruşdum. O məndə yaxşı təəssüratoyatmşıdı.

- Mustafaydı, – atam dedi.

Mən belə adam tanımırdım. Atam izah elədiki, Mustafa bizim kənddən deyil, gəlmədir, ancaq artıq beş ildir ki, burdayaşayır, torpaq alıb, ev tikib, Mahmudun qızıyla evlənib... bir sözlə, özünəgörə mövqeyi, imkanı olan adamdı...

Bütün bunlarla niyə bu qədərmaraqlandığımı özüm də düz-əməlli anlamırdım. Sonra yadıma düşdü ki, Mustafagörüş vaxtı daim susur, bir kəlmə də dinib-danışmırdı. Ancaq başqalarıdil-boğaza qoymur, durmadan məni sorğu-suala çəkir, Avropa haqqındasoruşurdular: orda bahaçıllıqdırmı, avropalılar ərəblərə oxşayırlarmı, qışdaonlar neyləyirlər, doğrudanmı, avropalı qadınlar adam içində üzlərini örtmür,kişilərlə rəqs eləyir və ümumiyyətlə, guya avropalıların qanunla evlənməməsi,günah içində yaşaması barədə deyilənlər düzdürmü...

Məni əsl sual yağışına tutmuşdular vəbildiyim nə varısa, hamısı barədə həvəslə danışırdım. Ancaq söylədiklərimyerlilərimi çox təəccübləndirdi: sən demə, avropalılar ərəblərə oxşayırmış,onlar da öz qanunlarına və adətlərinə uyğun olaraq evlənirmiş, uşaqlarınıböyüdüb tərbiyə edirlərmiş, ümumiyyətlə, yaxşı və xeyirxah insanlarmış.

-Orda da kəndlilər var? – deyə Məchubmaraqlandı.

-Əlbəttə, – dedim. – Orda da bizdəkikimidir. Kəndlilər də, fəhlələr də var, həkimlər də, müəllimlər də...

Mən susdum. Hərçənd, demək istəyirdim ki,avropalılar da bizim kimi adamlardır. Onlar da uşaq doğur və ölürlər. Beşikdənqəbir evinədək böyük illüziyalarla yaşasalar da, ümidlərinin çox kiçik bir hissəsigerçəkləşir. Onlar da bizim kimi tanımadıqları, yaxşı bələd olmadıqları şeylərdənqorxurlar. Ər-arvad münasibətləri onlar üçün də ülvi hisslərdir, uşaqlar bizdəkikimi onlara da sevinc bəxş eləyir. Onların da içində güclülər və zəiflər var, bəzilərihaqlı olaraq həyatdan daha çox bəhrələnirlər. Başqaları haqsız olaraq səfil vəbədbəxtdirlər. Əlbəttə, zəiflərin müsibəti daha çox olur...

Bunların heç birini Məhcuba söyləmədim,ancaq söyləyə bilərdim. O, ağıllı adam idi, hər şeyi bir-neçə kəlmədən başa düşərdi.Ancaq öz üstünlüyümü nümayiş etdirməkdən doğan abır-həya hissi danışmağıma maneolurdu. Birdən Bint Məhcub gülə-gülə dedi:

-Biz qorxurduq ki, sən evə kafirxristian qızıyla qayıdacaqsan!

Təkcə Mustafa heç nədanışmırdı. O dinməzcə qulaq asır, arabir dodaqlarında təbəssümə oxşar nəsəpeyda olurdu. Bu çox müəmmalı bir təbəssüm idi. Elə bil, Mustafa öz fikirlərinəgülürdü.

Ancaq Mustafa barədə düşünməyə mənimvaxtım yox idi. Hələ ki köhnə tanışlıqlarımı bərpa eləməyə, yenidən kənd həyatınaalışmağa çalışırdım. Həmin günlərdə ilk dəfə özümü güzgüdə görəndə xeyli xoşbəxtoldum. Anam öyüd-nəsihət verməkdən yorulmurdu. O, rəhmətə gedənlər haqqında mənədanışırdı ki, gedib onlara başsağlığı verim, xoşbəxt izdivac münasibətilə kimitəbrik eləməyin vacibliyini xatırladırdı. Bir neçə dəfə kəndi eninə-uzununa ölçə-ölçəkimlərəsə başsağlığı verdim, kimlərisə təbrik elədim. Nəhayət, çayın sahilindəkiköhnə akasiya ağacının yanına getdiyim gün çatdı. Uşaqlıqda mən saatlarla buağacın altında oturaraq suya daş ata-ata xəyallar aləminə qapılır, uzaq üfüqlərdəcövlan edirdim! Mən sakiyanın[1]cırıltısını, sahədə işləyən adamların güclə bura gəlib çatan səslərini, kəllərinböyürtüsünü və eşşəklərin anqırtısını eşidirdim. Bəzən bəxtim gətirir, yanımdanüzüyuxarı və ya suyun axarı boyu üzüaşağı gəmilər üzüb gedirdi. Hər il mən bugizli yerdə oturur və kəndimizin simasının yavaş-yavaş necə dəyişdiyinigörürdüm.

Bir gün sakiyələrin cırıltısı birdəfəlikkəsildi. Hər biri yüz sakiyənin işini görən güclü mühərriklər peyda oldu. İlbəilsuyun təzyiqiylə sahilin, torpağın təzyiqiyləsə çayın arxasındakı düzənliklərinsuyunun necə geri çəkildiyini müşahidə edirdim. Bəzən ağlıma qəribə fikirlər gəlirdi.Sahillərin necə dəyişdiyini görür və hiss eləyirdim ki, bu elə həyatın özünə oxşayanbir hadisədir: bir əliylə verir, o biri əliylə alır. İndi ağlıma gələn bu hikmətitam mənada xeyli sonralar başa düşdüm. Hələ ki, ürəyimi xoş ümidlər bürüyür, dəriminaltındakı əzələlər çevik və sözəbaxandır. Mən hətta zor gücünə olsa da, həyataolan haqqımı təsdiq etmək istəyirdim. Çünki bu həyata çox şey verməyə qadirəm.Qəlbimdə coşub-daşan sevgi və məhəbbət hissləri artıq öz bəhrəsini verməyəhazırdır.

Çay lilin təsirindən bomboz idi, deməli,Həbəşistan yaylasına yağış yağırdı. Mən kotanın üstünə əyilən, kətmən vurankişiləri görürdüm. Sahələrin hüdudsuzluğu gözlərimdə əks olunmuşdu. Unutduğum,ancaq doğma səslərin əhatəsinə dümüşdüm: quş civiltisi, it hürüşməsi, ağac kəsənbalta taqqıltısı. Uşaqlıqdan yaxşı tanış olan səslər mənə güc, qüvvət gətirir, qəlbimintəpərini, həyatımın mənasını və önəmini artırır, doğulduğum, dünyaya gəldiyimtorpaqla daimi əlaqə hissi yaradır. Bütün varlıq məndə davam eləyir, mənsə özümüəhatə eləyənlərin davamına çevrilirəm və doğma torpaqla olan bu bütövlükduyğusu mənə mükəmməllik hissi bəxş eləyir... Yox, mən suya düşən daş deyiləm.Mən daha çox şum şırımlarına atılan toxumam, buğda dənəsiyəm!

Babamın yanına gedib onun adamlarınqırx, əlli, hətta səksən il bundan əvvəl necə yaşamaları barədəki söhbətlərinəqulaq asırdım. Onun yanında özümü həmişə arxayın və inamlı hiss edirdim. Hissedirdim ki,babam məni bütün nəvələrindənfərqləndirir, elə mən özüm də onu həddindən artıq çox istəyirdim. Görünür, lapbalaca yaşlarımdan keçmişə olan hədsiz marağım babamla aramızdakı dostluğuxeyli möhkəmləndirmişdi, çünki babam da olub-keçənləri xatırlamağı çox sevirdi.Bu illər ərzində babamdan ötrü bərk darıxır, onu tez-tez yuxumda görürdüm. Bunuona söyləyəndə güldü:

-Yadımdadır, cavanlığımda bir falabaxan məniinandırmışdı ki, altmış yaşına – peyğəmbərimizin yaşına çatmağım kifayətdir, əgərbu yaşa çatsam, yüz il yaşayacam.

Biz hamımız birlikdə onun yaşınıhesablayanda məlum oldu ki, yüz yaşına çatmağına on iki il qalıb.

Babam türklərin dövründə bizim mahaldaat oynadan qəddar bir qubernator haqqında danışmağa başlayırdı ki, yenə də qəflətənMustafa yadıma düşdü. "Görəsən, onun haqqında babamdan nəsə soruşummu?” – deyəöz-özümə sual verdim. Axı, o, kəndimizdə yaşayan adamların hər birinin cikinə-bikinəbələddir. Ancaq babam başını buladı və dedi ki, onun əslən Xartumdan olması,beş il əvvəl bura gəlməsi, bir qadından torpaq alması, sonra da Mahmudunqızıyla evlənməsindən başqa heç nə bilmir. Toydan artıq dörd il keçib.

Mustafanın Mahmudun hansı qızıyla evlənməsinisoruşdum:

-Məncə, Hasanayla, – babam bir az fikirləşibdedi. – Oh, insanlar, insanlar – deyə dərindən nəfəs aldı və adəti üzrə başınıbuladı. – Baxmırlar ki, qızlarını kimə verirlər...

Dərhal da Mahmuda, bəlkə də özü-özünəhaqq qazandırırmış kimi əlavə elədi ki, bu illər ərzində Mustafadan pis bir şeyeşidib-görməyiblər. Ancaq yaxşı işinin də şahidi olmayıblar. Cümə günləri onu həmişəməsciddə görmək olar. Yəqin ki, xoş günlərində də, kədərli anlarında da öz badəsindəniçən adamlardandır. Babamın belə bir sevimli məsəli var idi.

Bu söhbətdən iki gün keçdi. Günorta əliməkitab götürüb kəllə otağa getdim. Evin o biri başından səs gəlirdi – anamlabacım qonşularla söhbət edirdilər. Atam yatmış, qardaşlarımsa harasa iş dalıncagetmişdilər. Heç kim mənə mane olmurdu, ona görə də kitab oxumağa başladım.Birdən öskürək səsi eşitdim. Gözlərimi kitabdan ayırıb baxanda Mustafanıgördüm. Bir əliylə böyük bir qarpızı sinəsinə sıxmış, digər əlindəsə apelsindolu səbət tutmuşdu. O mənim təəccübləndiyimi hiss elədi.

-Səni oyatmadım? Günorta, əlbəttə, qonaqgetməkçün o qədər də yaxşı vaxt deyil. Üzr istəyirəm. Ancaq səninlə tanış olmaqistədim. Fikirləşdim ki, gedim bir baş çəkim, qoy, bağ-bağçamdan olan məhsullarındadına baxsın.

O çox nəzakətliydi. Kəndimizin sakinlərikefləri istəyən vaxt bir-birlərinin evinə gedir, amma heç vaxt buna görəüzrxahlıq eləmək, əzilb-büzülmək bir kimsənin ağlına gəlmirdi. Açığını deyimki, Mustafanın belə bir mərifət sahibi olmağı çox xoşuma gəldi və özüm dəonunla nəzakətlə davranmaq qərarına gəldim. Stola çay qoyuldu. Diqqətlə qonağınüzünə baxdım. O, mənim baxışlarımı hiss edib gözlərini kənara çəkdi. Mustafa qəşəngidi. Hündür alnı, hər iki tərəfə dartılıb uzanan yaraşıqlı qaşları, çallaşmışsıx saçları, möhkəm boynu olan qırğıburun bir kişiydi. Söhbət zamanı düzgözümün içinə baxanda, baxışlarında güclə zəifliyin qəribə bir qatışığın hisselədim. Dodaqlarının azacıq aşağı sallanmış küncləri və qəmli gözləri onaqeyri-adi bir yaraşıq verirdi. Bərkdən danışmasa da, səsi sərt idi. Sifətindəngüc, qüvvət yağırdı, ancaq təbəssümündə nəsə qadınsayağı bir zəriflik hissolunurdu. Qolları əzələli, barmaqlarısa uzun və zərif idi. Əllərinə baxarkəngözlərin qəfil barmaqlarına sataşsa, sən elə gələcək ki, baxışların sankisıra-sıra düzülmüş dağların sərt yamaclarıyla füsünkar bir vadiyə doğru sürüşübdüşür.

"Yaxşı, qoy danışsın, – deyə ona qulaqasa-asa fikirləşdim. – Hər halda nəzərə almaq lazımdır ki, elə məhz bundan ötrügəlib. Başqa hansı məqsədi ola bilər ki?”

Üəyimdən keçən bu suala Mustafa özücavab verdi:

-Bizim bu kənddə mən təkcə səninlətanış olmaq şərəfinə nail olmamışam, – deyə yüksək bir nəzakətlə bildirdi.

Düzünü desəm, onun bu ədası mənə xoş gəlmədi.Axı, bizim kənddə kişilər bir-birləriylə dalaşarkən qarşısındakını "qancıqoğlu” adlandırmaqdan çəkinmirlər.

-Yaxın dostlarından sənin haqqında çoxeşitmişəm. – deyə o bildirdi.

Boynuma alım ki, bu məni təəccübləndirmədi.Çünki hələ gənc yaşlarımdan kəndimizdə ən bərkgedən oğlan kimi tanınırdım.

-Deyirlər, sən çox mötəbər bir diplomalmısan. Deyəsən, doktorluq? Bunu da danışırlar ki, hələ uşaqlıqdan hamı sənəçox böyük ümidlər bəsləyirmiş...

-Boşla, sən də – dedim. Hərçənd, həmin günlərmən bununla çox qüruq duyur və bunu gizlətməyə də çalışmırdım.

-Həkim olmaq böyük işdir, – deyə osanki sözlərimi eşitməyibmiş kimi dedi.

Yalançı bir təvazökarlıqla Mustafayabildirdim ki, elə bir mühüm iş-zad görməmişəm. Sadəcə, unudulmuş bir ingilisşairi haqqında üç il sərasər məlumat toplamaqla məşğul olmuşam. Bu səmimi sözləriməgülməsi hövsələmi daraltdı və hirsimdən özüm ondan da bərk gülməyə başladım.Özü də necə güldüm! Boğazım cırılanadək qəhqəhə çəkdim!

-Lütfən, poyeziya bizim nəyinizəlazımdır, axı? – o ucadan dedi. – Əgər sənbu cür ciddi-cəhdlə aqronomluq, mühəndislik və ya təbabətlə məşğul olsaydın,onda bunu başa düşmək mümkün idi.

O "biz” dedi, poyeziya bizim nəyimizəlazımdır deyə sual etdi. Hərçənd, bu kəndin sakini Mustafa yox, mən idim, mənburda doğma, osa yad idi. Ancaq bu zaman o güldü və yenidən sifətinə lətif birhəlimlik qondu, gözləri qadın gözləri kimi nəcibləşdi.

-Əlbəttə, bütün elmlər lazımdır, – deyəsanki könlümü alırmış kimi fikirli-fikirli bildirdi. – Ancaq biz kəndlilərçündaha vacibi öz qayğılarımızdır.

O susdu, mənim beynimdəsə suallarburulğan kimi dolaşmağa başladı. Bu adam hardandır? Niyə burda məskunlaşıb? Əvvəlkihəyatı necə olub? Ancaq bu sualları ona verməyə hələ tələsmədim.

-Bu yaxşı kənddir – o yenidən danışmağabaşladı. – Adamları çox gözəldir. Onların arasında yaşamaq adama ləzzət verir.

-Hə, sən də onların xoşuna gəlirsən –dedim. – Babam deyir ki, sən ləyaqətli insansan.

O sevinc içində gülümsədi.

-Sənin baban nadir adamdır... Bəli...Doxsan yaşı var, amma eşşəyin belinə yeniyetmə oğlan kimi tullanır. Hələ gücü,qədd-qaməti, baxışları! Bəli... Nadir adamdır.

Mənə elə gəldi ki, o səmimi danışır.Niyədə səmimi olmasın? Axı həqiqətən babam kimi ikinci bir adam tapmaq çox da asanməsələ deyil və belə təriflərlə bizi təəccübləndirməz olmaz.

Qorxdum ki, Mustafa indicə çıxıb gedəcək,mənsə onun haqqında heç nə öyrənə bilməyəcəm. Marağım elə güc gəldi ki, özümüsaxlaya bilmədim:

- Sən həqiqətən Xartumdansan – deyəsoruşdum?

Bu sual, görünür, onu qəfil yaxaladı vəxoşuna gəlmədi.Hər halda mənə elə gəldi ki, sifəti azca tutuldu. Ancaq tezözünü ələ aldı və sakit tərzdə cavab verdi:

-Hə, ancaq daha dəqiqi, Xartum ətrafından.

Bunu deyərkən necə süni şəkildə gülümsəməyigözümdən yayınmadı. Sanki tərəddüd içindəydi: susmaq, yoxsa sözünə davam eləməkbarədə bir qərara gələ bilmirdi. Ancaq bir az keçmiş tərəddüdünə son qoydu vədüz gözlərimin içinə baxaraq əlavə elədi:

-Xartumda ticarətlə məşğul idim. Sonraəkinçiliklə məşğul olmağı qərara aldım. Bilmirəm niyə, amma bütün ömrüm boyuköçüb ölkənin bu hissəsində məskunlaşmaq iştəmişəm. Gəmiyə minib hara gəldiyollandım. Bu kəndin yanında dayandıq, baxdım ki, bura çox xoşuma gəlir. Sankiömrüm boyu axtardığım torpağı tapmışdım. Və zənnim məni aldatmadı. Burda mənimçünçox yaxşıdır.

O, ayağa qalxaraq dedi ki, dahavaxtdır, sahəyə getməlidir. Ayrılarkən məni bir neçə gündən sonra evlərinə şamyeməyinə dəvət elədi. Qapının ağzında sanki özündən asılı olmayaraq dilləndi:

-Baban mənim haqqımda hər şeyibilir.

Darmacalda babamın onun haqqında nəyibildiyini soruşmağa, babamın məndən gizli sirrinin olmadığını izah eləməyəhazırlaşırdım ki, bir də gördüm cəld və iri addımlarla otaqdan çıxdı.

Mustafa gilə şam yeməyinə gedəndə məlumoldu ki, məndən başqa Məhcubu, ticarətçi Səidi və mənim atamı da çağırıb. Evsahibi şam süfrəsi arxasında sən deyən əhəmiyyiətli bir söz danışmadı. Ümumiyyətlə,o daha çox danışmağa yox, qulaq asmağa çalışırdı. Söhbətə ara veriləndə, yaxudmənimçün maraqlı olmayanda hiss olunmadan otağı elə gözdən keçirdirdim ki,sanki Mustafayla bağlı yuxuma haram qatmış suallara divarlar cavab verəcəkdi.

Bu adi bir ev idi – kənddəki imkanlıadamların evindən nə yaxşıydı, nə də pis. Ənənəyə uyğun olaraq onun yarısıqadınlar, yarısı da kişilər üçün nəzərdə tutulmuşdu. Divan adlanan qonaq otağıda kişilər tərəfdəydi. Ordan sağ tərəfdə bişmiş kərpicdən hörülmüş yaşıl pəncərələriolan uzun bir otaq var idi. Həmin otağın tavanı düz deyildi, tağ şəklindəydi vəöküzün bel sütununa oxşayırdı.

Yeməyimizi yeyb qurtaran kimi birinci mən,dalımcasa Məhcub ayağa qalxdıq. Digər qonaqlar orda qalsa da biz ikimiz çıxıb getdik. Yolda Məhcubdan Mustafahaqqında soruşdum. O mənim bildiklərimdən əlavə təzə bir şey demədi, ancaqsözünü belə bitirdi:

- Mustafa sadə adam deyil.

Mən iki ay kənddə qaldım və bütün bumüddət ərzində özümü xeyli xoşbəxt hiss elədim.

Müxtəlif səbəblərdən bir neçə dəfəMustafayla bir araya gələsi olduq.

Bir dəfə məni kənd təsərrüfatıplanlaşdırması üzrə komissiyaya çağırmışdılar. Mustafa da ordaydı. Sahələrinsuvarılması üçün su bölgüsü məsələsi müzakirə olunurdu. Məlum oldu ki, bəzikomissiya üzvüləri də daxil bir neçə nəfər suyu öz sahəsinə vaxtından əvvəlburaxıb. Elə bir mübahisə qızışdı ki, az qala dava düşəcəkdi. Bu vaxt Mustafaayağa qalxdı və dərhal hay-küy yatdı. Hamı Mustafaya qulaq verdi.

O, plan üzrə növbəliliyi gözləməyin əhəmiyyətindəndanışdı. Əks-təqdirdə anarxiya və özbaşınalıq yarana bilər. Dedi ki, əgərkomissiya üzvülərinin özləri qanunu pozurlarsa, onları da başqaları kimi cəzalandırmaqlazımdır.

Mustafa nitqini qurtardı və hamı onundediklərini təsdiq edirmiş kimi başını yellədi.

Şübhəsiz ki, o, başqalrından bir pilləyüksəkdə dururdu, ona görə də komissiyaya rəhbərliyi Mustsfaya tapşırmaq yaxşıolardı. Ancaq yəqin ki, bizim kəndin köklü sakini olmadığına görə onu seçmədilər.

Bu hadisədən təxminən bir həftə keçmiş məniheyrətə salan görünməmiş bir hadisə baş verdi.

Məhcub bir-iki badə şərab içə-içə dərdləşməküçün məni evlərinə dəvət elədi. Mustafa gələndə biz sakit-sakit söhbətləşirdik.O, kooperativlə bağlı hansısa məsələni aydınlaşdırmaq istəyirdi. Məhcub onubizimlə birlikdə oturmağa dəvət edir, osa müxtəlif bəhanələrlə bundan boyunqaçırdırdı. Axırda ev sahibi sınaqdan çıxmış üsula əl atmalı oldu və ona andverdi. Hiss elədim ki, Mustafa qaşqabağını tökdü. Ancaq buna baxmayaraq təklifiqəbul eləmək qərarına gəldi və həmişəki kimi inamlı və sakit halda yanımızda əyləşdi.

Məhcub ona çaxır təklif elədi. Mustafa nəetmək istədiyini bilməyən karıxmış adam kimi ləng tərpəndi, sonra badəni alaraqdodağına belə vurmadan qabağına qoydu. Məhcub yenidən and-aman eləyəndən sonraşərabı başına çəkdi.

Mən Məhcubun çılğın xasiyyətinə yaxşı bələdidim və üstəlik, Mustafanın burda qalmağa zərrə qədər də marağının olmadığını nəzərəalıb müdaxilə edə bilərdim. Ancaq birdən ağlıma yeni fikir gəldi və dilimi dişlədim.Mustafa birinci badəni həvəssiz, dərman içirmiş kimi birnəfəsə ötürdü. Üçüncübadənisə ləzzətlə qurtumlamağa başladı. Get-gedə sifətinin gərgin ifadəsi yox oldu, ağzının ətrafındakı qırışlarhamarlaşdı. Fikirli, dalğın bir görkəm aldı. Həmişə vücudundan nəşət edərək ətrafayayılan gücü, qüvvəti gözlərində və ağzının künclərində gizlənmiş qadın həlimliyiəvəz elədi. Mustafa dördüncü, sonra beşinci badəni içdi. Daha onu yola gətirməyəehtiyac yox idi və Məhcub aradabir elə-belə, məzələnmək üçün and-aman eləyirdi.Mustafa kresloya yayxanıb, ayaqlarını qabağa