adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Aprel 2024 10:54
1674
ƏDƏBİYYAT

"Quşların yellənçəyi"

Uşaqlar  üçün  yazılmış  bu  kitabın müəllifi  şair-publisist  Ələsgər  Əlioğludu. "Şirvannəşr" də   filologiya  elmləri  doktoru, professor   Rafiq Yusifoğlunun redaktorluğu  ilə  işıq  üzü  görmüş  kitabda  şairin  son illərdə  uşaqlar  üçün  yazdığı  şeirlər və poemalar  toplanıb.

 Gedib çıxmaq  istəsən,

Dostum, Cıdır  düzünə:

Sən bir  Qarabağ  atı,

Tapmalısan özünə.

 

İşləri  korlayarsan

Başqa at  tapsan əgər.

Onda Cıdır düzündən ,

Çatmaz  sənə  bir  nəmər...

Və  yaxud:

Şuşa- Laçın  yolları,

Gözəllik təməlidir.

Bu  yollara  baxın siz,

Yeddimərtəbəlidir...

Azərbaycanın, xüsusi ilə Qarabağın  mənzərəsini, tarixini  , flora  və  faunasını  uşaqlara  məhz  öz  dillərində, anlaqyıb yaddaşlarına  köçürə  biləcəkləri  bir  üslubda təqdim edən Ələsgər  Əlioğlunun bu  kitabı  balacalara  çox  dəyərli  bir  ərmağandı:

Xarıbülbülün üstə

Uçub qondu  bir  bülbül.

Uzaqdan seçilmədi,

Bülbüllə  xarıbülbül...

 

və yaxud:

 

Kağız  gəmi düzəldib,

Gölə  buraxdı  Mələk.

Gəmini  uzaqlara,

Sürüb apardı  külək...

 

Kitabdakı  poemaların qəhrəmanları da  uşaqların sevimli  heyvanlarıdı.Onlarla  tanış olmaq  balaca  oxucuların ürəyincə olacaq. Bu  inamla da müəllifə  və onun oxucularına  uğurlar  diləyirəm.

                                                                                                                         

Əbülfət Mədətoğlu