adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Avqust 2017 11:34
4952
GÜNDƏM

Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri başa çatıb

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri avqustun 9-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.