adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Oktyabr 2018 17:06
9591
İDMAN

Qurban Qurbanov: Sabah maraqlı və gərgin mübarizə olacaq

Sabah maraqlı və gərgin mübarizə olacaq.

Trend-in məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Ukraynanın "Vorskla" komandası ilə Bakıda keçiriləcək oyun ərəfəsində deyib.

Q.Qurbanov qeyd edib: "Hamı bilir ki, vacib oyuna çıxırıq. İki turdan sonra hər iki komanda xalsızdır. Oyun haqqında çox danışmağa ehtiyac yoxdur. Komandanı tam hazırlamışıq. Hamı matça ciddi hazırlaşır. Düşünürəm ki, sabah maraqlı və gərgin mübarizə olacaq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq".