Qurban Qurbanov Elvin Yunuszadəni bağışladı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir müddət əvvəl əvəzedici heyətə göndərdiyi Elvin Yunuszadəni əsas komandaya qaytarıb.
Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Onun sözlərin görə, baş məşqçi ilə futbolçu arasında görüş olub. Görüşdən sonra millimizin üzvü yenidən əsas komandaya qoşulub. O, aprelin 4-dən "Qarabağ"ın əsas komandası ilə məşqlərə başlayıb.
Qeyd edək ki, E.Yunuszadə millinin düşərgəsində olarkən,Belarusla yoxlama oyunundan əvvəl nizam-intizam qaydasını pozduğu üçün yığmamızın baş məşqçisi Qurban Qurbanov onu heyətdən kənarlaşdırmış, "Qarabağ"da isə əvəzedici heyətə göndərmişdi.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00