adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Mart 2018 15:23
25711
ƏDƏBİYYAT

Quran ədəbiyyata nə fayda verir? - SORĞU

Dünyanın ən çox tanınan müqəddəs kitablarından Bibliya ədəbiyyata, sənətə, mədəniyyətə ədəbi material kimi töfhələr verib. İslam dininin müəqəddəs kitabı Qurandan isə şərq poeziyası çox təsirlənib. Bəs görəsən Quran müasir nəsr əsərləri üçün ədəbi material, ədəbiistinadgah rolu oynaya bilərmi? Və yazarlar bu bəhrələnməni necə ifadəeləyirlər? Bu kitabın yaradıcılığınıza təsiri olubmu?

Adalet.az bu barədə yazarlardan münasibət öyrənib. Cavablarıtəqdim edirik.



Yazıçı, millət vəkiliAqil Abbas: "Dünyanın elə böyük yazıçısı yoxdur ki, dinindən asılı olmyaraqBibliyadan istifadə etməsin. Çingiz Aytmatovdan tutmuş yapon, amerikayazıçılarına qədər əsərlərinə qoyduqları ad da bəzən Bibliyadan götürdükləribir ayədir. Məsələn, Çingiz Aytmatovun «И дольше века длится день» və yaxud gərəkki, yapon yazıçısı Kendzaburonun «Объяли меня воды до души моей» əsərləridir.Səma kitablarının da həm sonuncusu, həm də ən mükəmməli Qurandır. Təbii ki,bizim yazıçılarımız da, eləcə də dünya yazıçıları ondan bəhrələnirlər. Mən dəroman və povestlərimdə müqəddəs kitabımızdan bəhrələndiyim çox nüanslar var.Xüsusilə də "Dolu”da və bir də "Qapqara uzun saçlar” povestində. Və əslindəQuranı oxumalısan ki, savadlanıb cahil olmayasan.”




Yazıçı Şərif Ağayar: "Bütün səmavi və dini kitablar, mifologiya, nağıl kitabları, dastanlar, kitabələr, rəvayət və əfsanələr yaradıcılığı əbədi olaraq qidalandırır. Eləcə də klassikaya çevrilmiş müəllif kitabları... Yazmaq həm də başqa kitablarla, başqa mətnlərlə əlaqəyə girməkdir. Bunu dərk etməyəndən ciddi qələm adamı olmaz.





Yazıçı Azad Qaradərəli:"Təkcə Quran deyil,bütün səmavi kitablar nasirçün istinadgah mənbəyi ola bilər. Şəxsən mən hekayəvə romanlarımda Bibliyaya, İncilə, Qurana tez-tez müraciət edirəm. Axı bunlar həmdə bir salnamədir. Ən son romanım "Morq”da nəinki adını çəkdiyim bu kitablara,hətta Şamanizmə də istinad etmişəm. Yazıçının qida mənbəyi daha çox ən qədimkitabələr və şifahi xalq yaradıcılığıdır.”








Şair Aqşin Yenisey:"Quran qədim mətnlərinən gəncidir və təkcə Quran yox, bütün qədim mətnlər ədəbiyyat üçün qaynaq olabilər və yüzlərlə əsər adı çəkmək olar ki, bu mətnlərin üzərində yaradılmışdır.Dini mətnlərdən çıxan yüzlərlə şair var dünya ədəbiyyatında. Bu mətnlər başlıcaolaraq insan əxlaqının təməli hesab olunur, ədəbiyyat da bir növ əxlaq sənətiolduğu üçün bünövrə ilə maraqlanmağa meyillidir. Amma bu demək deyil ki, sən qədimmətn adına şəriət qaydalarını təpəmizə çıxaran əsərlər yazmalısan. Bunu etsən sənyazıçı yox, molla olursan və bu ondan xəbər verir ki, sən mətnşünaslıq elmininyanından belə keçməmisən. Nə öz mətninlə, nə də qədim mətnlə işləməyinyollarını bilmirsən. Qədim mətnlərlə işləmək üçün ilk növbədə mətnşünaslıqelmini bilməlisən, məsələn, Borxes kimi.”



Yazıçı Mirmehdi Ağaoğlu: "Məncə Qədim Şərq mətnləri ilə üzvü əlaqədə olan mətnlər yazmaq lazımdır. Qərbdə yaranan əksər bədii əsərlər Bibliyanın, yunan miflərinin üzərində qurulub. Hətta ateist Maksim Qorkinin "Ana”sı belə Həzrəti Məryəmdən təsirlənmədir. Biz də Quran və dini miflərə söykənərək, yazacağımız əsərlərin kökünü o mətnlərin torpağında "əkərək” böyük romanlar, yazılar ortaya qoya bilərik. Sadəcə bir şeyi vurğulamaq istəyirəm, "dini mətnlər, romanlar, hekayələr yazaq” demirəm, kimsə məni səhv anlamasın. Mən qədim dini mətnlərdəki arxetiplərdən, hazır modellərdən istifadədən danışıram. Məsələn, əgər kimsə qardaşın qardaşa xəyanəti barədə əsər yazacaqsa, bu əsər istər-istəməz bizə Habil-Qabil hadisəsini də xatırladacaq. Bu, Qərb üçün də maraqlı olacaq, çünki Qərbdə bir ekzotika meyili də var."



Yazar Günel Natiq:"Qurandanbədii əsərlərdə milyard faiz istifadə etmək olar. Quran düşüncədədir. Ordakıdüşüncələr də kainata, Allahın yaratdıqlarına aiddir. Buna fövqaladə bir şeykimi baxmaq lazım deyil. Amma məsələ bundadır ki, Qurandan saxtalıqla istifadəedirlər, hansısa bir fikri dəxilsiz bir yerə pərçimləyirlər. Özlərini qeyri-aditəqdim etmək üçün və s. Amma bu bəhrələnmə təbii yolla olmalıdır. Təbii şəkildəo məqama varmaq lazımdır.”







Şair Fərid Hüseyn:"Mən hesab edirəm ki, dini kitablar içərisində ən yaxşı bədii ədəbiyyatagələn və yaxud bədii ədəbiyyata mövzular verən İncildir. Ona görə ki, orda çoxşaxəli şrixtlər var, hadisə daha çox dərəcədə bir insanın taleyindən danışılırvə o əhvalatların qurulma sistemi elədir ki, İncil daha çox dərəcədə ədəbiyyatayaxındır. Bu günə kimi də təsadüf deyil ki, İncilə müraciət edənlər dahaçoxdur. Quranda isə məsələlər müxtəlif öyüd-namələr şəklində qurulub. Bu daorta əsrlər ədəbiyyatını qidalandırıb.”







Yazar Sevinc Elsevər: "Quran, o cümlədəndigər dini kitablardakı əhvalatlar, rəvayətlər, hətta hədislər müasir nəsrüçün, kinematoqraf, teatr, rəssamlıq üçün ədəbi material ola bilər. Niyə dəolmasın? Bu sualı oxudum, ilk ağlıma Saramaqonun "İsanın incili” və Laqerkvistin"Varavva” əsərləri gəldi. Bizdə Mirmehdi Ağaoğlunun Quran rəvayətləri əsasındayazdığı hekayələr. Mənim uşaqlar üçün yazdığım "Nuhun gəmisində kosmosa səyahət”romanında da məşhur rəvayətdən istifadə eləmişəm. Yer üzündə bütün heyvanlarölür. Guya yerin əkiz olan planet var kosmosda. Orda vaxtilə yerdə yaşamışbütün heyvan növlərindən var. Alimlər fikirləşirlər ki, Nuhun gəmisi adlıkosmik gəmi düzəltsinlər. Yer kürəsindən iki uşağı - Ulduz adlı qızı, Gündüzadlı oğlanı həmin gəmidə o planetə göndərsinlər. Uşaqlar Sülh planetindən dişivə erkək olmaqla, hər növdən bir cüt gətirməlidirlər.”