adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Noyabr 2020 18:01
30348
İDMAN

"Qarabağ" liderliyi ələ keçirdi - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.
 
Qol.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Son illərin dəyişməz çempionu “Qarabağ” öz meydanında lider “Sumqayıt”la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu matça qədər komandalar bərabər xala malik olsalar da, "Qarabağ" qalib gələrək, turnir cədvəlinin vahid liderinə çevrilib.

Bu günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.
 
Qeyd edək ki, tura sabah yekun vurulacaq.

21 noyabr
 
16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1
Qollar:
 Donald Gerye, 28, Abdullah Zubir, 34, Donald Gerye, 46+1 (3:0), Toral Bayramov, 54 (4:0), Mahir Emreli, 75 (5:0), Tellur Mütəllimov, 87 (5:1), Abdullah Zubir, 89 (6:1)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Bakı. "Azersun Arena"

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”
Hakimlər
: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

 

NKlublarOQHMT-FX
1Qarabağ953126-618
2Sumqayıt1043313-1515
3Zirə94329-815
4Neftçi94237-1214
5Keşlə933310-1212
6Səbail82339-109
7Qəbələ91537-148
8Sabah92078-126



Bombardirlər:

Əli Qurbani ("Sumqayıt") - 6 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Namiq Ələsgərov ("Neftçi") - 5 qol
Mahir Emreli ("Qarabağ") - 5 qol
Davit Volkov ("Zirə") - 4 qol
Ramil Şeydayev ("Sabah") - 3 qol
Ovusu Kvabena ("Qarabağ") - 3 qol
Silvio Rodriqes ("Keşlə") - 3 qol
Rauf Əliyev ("Səbail") - 3 qol