"Nyu York Tayms” Qəzzafnin oğlundan yazdı: Geri dönür
Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğullarından Seyfülislam Qəzzafi 10 il sonra üzə çıxıb.
Adalet.az xəbər verir ki, "Nyu York Tayms” qəzeti Seyfülislam Qəzzafinin müsahibəsini dərc edib.
49 yaşlı Qəzzafi müsahibəsində liviyalı siyasətçilərin ölkəyə fəlakətdən başqa bir şey gətirmədiklərini deyib.
“Ölkəyə təcavüz etdilər. Pul yox, təhlükəsizlik yox. Yanacaqdoldurma məntəqəsinə gedin, dizel yoxdur. Neft ixrac edirik, İtaliyaya təbii qaz veririk, İtaliyanın yarısını elektriklə təmin edirik, amma qaranlıqdayıq. Bu, fiaskodur”, - Qəzzafi bildirib.
Dekabrda keçiriləcək seçkilərə qatılacağını bildirən S.Qəzzafi deyib ki, 10 ildir xalqdan uzaqdayam, geri dönmək vaxtıdır.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39