adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Aprel 2019 19:29
23359
ƏDƏBİYYAT

Qumar borcuna görə əsər yazan dahi

Dünya ədəbiyyatında şah əsərlər var ki, biz onlarıdönə-dönə oxuyuruq. Tarixdə iz qoymuş bu əsərlər haqda maraqlı faktlarmövcuddur. Adalet.az sizlərə həmin əsərlərdən diqqət çəkən faktları təqdim edir.


Conatan Svift - "Qulliverin səyahəti”

Yazıçı, "Qulliverin səyahəti” romanında Marsplanetinin iki peykindən, həmçinin, onların Mars ətrafında dövretmə sürətindənbəhs edib. Dəqiq hesablamalar aparıb. XX əsrdə astronomlar müasir texnikiavadanlıqların sayəsində həmin hesablamaların doğruluğunu təsdiqlədilər. LakinC. Sviftin o zamankı məhdud imkanlar hesabına bunu necə etdiyi hələ də sualaltındadır.


Viktor Hüqo – "Səfillər”

Romantizmcərəyanının ən önəmlinümayəndələrindənolanViktorHüqonun ən məşhurəsərlərindən biri "Səfillər”dir. Əsəri oxuyanlar içərisindəki uzun cümlənibilirlər. Bilmədiyimiz isə bu cümlənin içərisində tam olaraq 823 söz vardır.Eyni zamanda 3 səhifə tutur bu cümlələr. Fransa Ədəbiyyatının ən uzun cümləsiolaraq qəbul edilir: 

"Tarix onun atasının öz dövründə vəziyyəti yumşaltmasını etiraf edir; lakin onun atası məzəmmətənə qədər layiqdisə,bu,o qədər hörmətə layiqdi; Lui-Filippdə qeyri rəsmi bir adamın malik olduğu bütün fəzilətlər və ictimai xadimin bəzi fəzilətləri varidi;o öz səhhətinin, öz varının, öz şəxsiyyətinin, 

özişlərinin qeydinə qalırdı;o,birdəqiqənin qiymətini bilsə də,bəzən birilin qiymətini bilməzdi;o,sakit,təmkinli, səbirli, dinclik sevənşəxsidi; xoştəbiətli bir adam, mərhəmətli bir hökmdar idi;arvadına sədaqətli idi;sarayın da bir neçə xidmətçi saxlardı: bu xidmətçilərin vəzifəsi–onun ər-arvada aid olan yatağını burjualara göstərməkdi. Abırlı ailə həyatıilə lovğalanmaq indi faydalı olmuşdu, çünki əvvəlki nəsil xəttində qeyri-qanuniəlaqələri xüsusi olaraq nəzərə çarpdırardılar. O, bütün Avropa dillərini və dahanadir olan bir şeyi – bütün mənafelərin dilini bilirdi, bu dildə danışmağı bacarırdı;―orta təbəqənin füsunkar nümayəndəsi idi, lakin bu təbəqədən hər barədə üstün olduğuüçün ondan yüksəkdə dururdu; öz əqli ilə fərqlənməklə və öz şəcərəsinin qədr-qiymətinibilməklə bərabər, hər şeydən əvvəl, öz daxili keyfiyyətini qiymətləndirirdi, həttamənşəyi haqqında qəribə bir mövqe tutaraq, özünü -Burbon deyil, - Orlean adlandırmışdı;o, ancaq - həşəmətli olanda özünü nəslin birinci şahzadəsi kimi tuturdu, lakin―Əlahəzrət olan gündən xalis burjua oldu; camaat içində çox, yaxın adamları arasındaaz danışardı; hamı onun xəsis olduğunu deyirdi, ancaq bu, sübut olunmamışdı. Əslində,o, elə qənaətcil adamlardan idi ki, belə adamlar iş şıltaqçılığa, ya öz vəzifəsiniyerinə yetirməyə çatanda bədxərc olurlar; o, çox kitab oxumuşdu, lakin ədəbiyyatıaz hiss etmişdi; dvoryan idi, lakin rıtsar deyildi; sadə, sakit və qüvvətli idi;ailəsi və xidmətçiləri pərəstiş edəcək dərəcədə onu çox istərdi; öz söhbəti iləadamı valeh edirdi; daxilən laqeyd, həmişə, ancaq ən vacib, ən zəruri şeyləri düşünən,həmişə ancaq bu günü nəzərə alan, kin bəsləməyən, minnətdarlıq etməyən, ayıq birdövlət xadimi idi; məşhur adamlardan hədsiz dərəcədə istifadə edir, adi adamlarısakit buraxırdı, çox bicliklə parlamentdə olan çoxluğun köməyi ilə təqsiri ondannarazı olan, boğuq-boğuq uğuldayan gizlin birləşmələrin üzərinə yıxa bilirdi; fikriniaçıq söylərdi, bəzən bu məsələdə ehtiyatsızlıq edirdi, lakin bu ehtiyatsızlığındaçox məharət göstərirdi; vasitə, süni bir sima, maska seçməkdə tükənməz bacarığamalikdi; Fransanı Avropa ilə, Avropanı Fransa ilə qorxudurdu; Vətənini sevməsinəşübhə ola bilməzdi, lakin ailəsini daha çox sevirdi; hakimiyyəti nüfuzdan, nüfuzuləyaqətdən üstün tuturdu; bu, pis meyil idi; o mənada pis idi ki, bu meyil hərşeyi müvəffəqiyyətə tabe etməklə hiyləgərliyə yol verir, alçaqlığı həmişə inkaretmir; lakin bu meyildə bir üstünlük var ki, siyasəti sərt təkanlardan, dövlətidağılmaqdan, cəmiyyəti fəlakətdən qoruyur. Lui-Filipp nəzakətli, ayıq, diqqətli,arif, yorulmaq bilməyən, hərdən öz-özünə zidd gedən, sözünü geri götürən xırdaçıbir adamdı; o, Ankonada Avstriyaya qarşı cəsarətli, İspaniyada İngiltərəyə qarşıinadkar olur. Antverpeni topa tutur, Pritçarda pul verirdi; ―Marselyozanı ürəkdənoxuyurdu; məyusluğun, yorğunluğun, gözəlliyə və ideala vurulmağın, ağılsızca alicənablıqetməyin, utopiyanın, xülyanın, hiddətin, Şöhrətpərəstliyin, qorxunun nə olduğunubilmirdi; Şəxsi cəsarətin hər növünə malikdi; Valmi vuruşmasında general, Jemapvuruşmasında əsgərdi. Səkkiz dəfə ona sui-qəsd edilmiş, öldürmək istəmişlər, lakino, həmişə gülümsəmişdi; qrenador kimi cəsarətli, mütəfəkkir kimi ürəkli idi; o,ancaq Avropa dövlətləri əsasının sarsıla biləcəyindən qorxurdu, böyük siyasi avantüralaretməyə qabil deyildi; öz işini yox, öz həyatını həmişə təhlükəyə verməyə hazırdı.Öz hakimiyyətini təsir şəkildə büruzə verir, ona bir kral kimi deyil, ağıllı biradam kimi tabe olunmağı üstün tuturdu; irəlini görmək deyil, müşahidə etmək qabiliyyətinəmalikdi; ruhlarla az maraqlanırdı, lakin adamları çox yaxşı tanıyırdı, başqa sözlə,ancaq gördükləri haqqında mühakimə yürüdə bilirdi; sağlam düşüncəyə,

hadisələri dərindəngörən canlı, praktik əqlə, danışmaq qabiliyyətinə, böyük bir hafizəyə malikdi; həmişədə hafizəsindəki şeylərdən istifadə edirdi, o ancaq bu cəhətdən Sezara, Aleksandra,Napoleona oxşayırdı; faktları, ayrı-ayrı təfərrüatları, hadisələrin tarixini, adamvə şey adlarını bilsə də, məqsədin, ehtirasın, çoxcəhətli kütlə mənəviyyatının,gizlin ümidlərin, qəlbin məxfi və məchul çırpıntılarının, bir sözlə, - şüurun yeraltıcərəyanları adlandırmaq olan şeylərin nə olduğunu bilmirdi; o, Fransanın yuxarıtəbəqələri tərəfindən tanınsa da, aşağı təbəqələrlə az əlaqədar idi, çətinlikdənhiylə ilə çıxırdı; idarəçiliklə həddindən artıq məşğul olur, lakin kifayət qədərhökmdarlıq etmirdi; öz-özünün birinci naziri idi; xırda şeylərdən böyük ideyalaraçox ustalıqla əngəl törədə bilirdi; tərəqqiyə, qayda-qanuna, təşkili işlərə köməketməyi çox bacarıqla formalizm və maneələrlə birləşdirirdi; onda həm Böyük Karl,həm də minnətçi sifəti vardı, o, sülalənin həm banisi, həm də vəkili idi; ümumiyyətlə,görkəmli və orijinal bir şəxsiyyətdi: Fransanın təşvişinə baxmayaraq, hakimiyyətimöhkəmləndirdi, Avropanın bədxahlığına baxmayaraq, qüdrətini artırdı; Lui-Filippöz dövrünün tanınmış adamları sırasına daxil ediləcəkdir; şöhrəti bir az çox xoşlasaydı,faydalı olmaq hissi qədər də böyüklük hissinə malik olsaydı, tarixdə ən məşhur hökmdarlarsırasında yer tutardı.”


Artur Konan Doyl– "Şerlok Holms”

Yazıçı Artur Konanyoxsulluqdan xilas ola bilmək üçün yazmağa qərar verir və "Şerlok Holms”əsərini qələmə alır. Əgər möhtəşəm bir həyatı olsaydı bəlkə də əfsanəvi romanıheç vaxt oxuya bilməyəcəkdik.


Tolstoy – "Hərb və Sülh”

Ən önəmli əsərlərdən biri olan "Hərb və Sülh”kopyalama maşınlarının ixtira olunmadığı dövrdə yazılmışdır. Buna görə dəTolstoyun həyat yoldaşı bu əsərin əl yazmasını 7 dəfə yazıb kopyalamışdır.


Mark Tven – "TomSoyerinmacəraları”

Məşhur mizahyazıçılardan biri olan Mark Tven Remington firmasının makina alan ilkmüştərilərindən biridir. Və məşhur kitabı "Tom Soyerin macəraları” dünyaədəbiyyatında makinada yazılan ilk kitab olaraq bilinməkdədir.


Dostoyevski – "Qumarbaz"

FyodorDostoyevskiməşhur "Qumarbazəsəriniqumardauduzduğuborcuqaytarmaq üçüncəmi 25 günə yazıb. Romanı yazmaq üçünvaxtı çatmadığında əlavə stenoqraftutur. Həminstenoqrafla-AnnaQriqoryevnailə ikiildənsonraevlənir.


Vladimir Nabokov – "Lolita”

VladimirNabokovun "Lolitaromanı ABŞ, İngiltərə və LatınAmerikası ölkələrində qadağanedilib.Lakin maraqı bir statistika var: romanABŞ-da qadağan edildiyi ilk iki həftə ərzində qeyri-qanuni şəkildə 100 mintirajla satıldı.