adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Aprel 2019 18:10
28190
ƏDƏBİYYAT

Qulu Ağsəs: Qorxuram qalasan - məhəbbət ölə...


Görsən üşüyürsən...yandır özünü...

Görsən ki,qaranlıq çökür aləmə,

Görsən ki,axşamdı...fikir eləmə.

Bir uçuq yuxudugecənin boyu

Nə qədər imkanvar rahatlan, uyu...

Qəflətənbir çağa salar hay-həşir

Səhər- körpəsidi doğan Günəşin.

Onuovutmağa tələsər hamı,

Beləcə,salarlar yenə axşamı.

Təzədənqaramat basar dünyanı,

Hanıdoğan Günəş?körpəsi hanı?

...Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən...yandırözünü...

***

Özün dağ başınaqoyan şəhərin

ayağın xan kəndiyuyurdu

kürəyinin təri

cıdırdasoyuyurdu.

Girməzdi

dumanına günişığı,

havasına çayqaşığı.

Qayaları sərxoşidi,

adamları tay-tuşidi,

küçələri tay-keşidi.

Qəbirüstüyazıları

nəğmə kimioxunurdu,

kolda-kosda tələfolan

qurd-quşu gülqoxuyurdu.

Kim idi qalxan oboyda dağı? -

yağışdansallanıb enirdi qonağı.

... Dağın dizləriəsdi bir may səhəri

gözünün yaşı

ayağının suyunaqarışdı şəhərin...

***

Canım-gözüm,şükürde ki,

Ölsən də başınüstdəki -

Pəmbə buluddu,daş deyil...

Sevməyi var,sancmağı var

Baxma hərdən uçmağıvar -

Ürək yuvadı, quşdeyil...

Neynəyərəm görənsənsiz?!

Ha istədim öləm sənsiz-

Baxdım ki, mənlikiş deyil...

Bu da mənimbaxtımdandı,

Gözüm Tanrıtaxtındadı -

Onun da yeri boşdeyil...


MÜHARİBƏ ƏLİLİ

Üzdü ayaqlarımıVətən yolu

qayıtdım üzüqoylu...

qayıtdım

qurşağımınyuxarı qatıyla,

qayıtdım

əlil arabasınınatıyla...

İki balamgözüyaşlı

arvadımbaşıdaşlı...

Yazıq hər əmrəmüntəzir:

həm məni gəzdirir,

həm ... özü gəzir...

Süfrəmdə haramvar -

dinmirəm,

İki ac balam var-

dinmirəm.

Dinmirəm

gül ağzıaçılanda heyrətin:

"Vətəniqorudun, bəs öz qeyrətin?!"

... Üzdüayaqlarımı Vətən yolu

bu da mənə"sağ ol"u...

***

Qələt eləyərəmdesəm:

Hamı qələt eləyir...

Allah bizi xəlqeyləyib,

Yoxsa lənət eləyib?!

Qaç bu xainyuvasından

Əri, yox ol havada.

Qorx ki, yenəyerdən çıxa

Buluddan damaadam...

Baş açmazsan:

yaşdı, ya dadaş?! -

Damarında qandurar.

Gözündən düşən nədisə,

Ayağınısındırar...

Bu da axır...

bu da xilas...

Son gecə...

səhər ertə...

Qoşulub göyünquşuna

Üstündən saat ötər...

***

Yastıq qoyubbaşımıza

əcəb yatırdınbizi.

Aç gözünü,qaranlığın

Qırıb batırdıbizi.

Milyon illərdiyeyirik

Süfrəninqırağından.

Çörək bizi tutardeyin,

Dinmirikqabağından.

Nə boydasan görənheylə?

Bir ölçüyə gəlmirsən?

Baş çəkmirsənqullarına

Bizə niyə gəlmirsən?

...Özünü görməsəkdə,

Xofun yamandı,Allah!

Bizi qırıbqurtarmamış,

Ölmə, amandı,Allah!..

***

Kimsən, nəçisən,ay Allah -

Heç səndən baştapammadıq.

Özün qurduğundünyada

Sənə bir iştapammadıq.

Günün necə keçirbarı,

Can verib canalmağınan?..

Səni nəynən bəndəsalaq,

Tutaq hansıqarmağnan?!

Görsək, heç nəeləmərik,

Bir üzünü göstərbizə!

Yaxşı günün əgərbusa,

Yaman günü göstərbizə!..

Neyləsən, sevirəmsəni,

Qulunam, gəl minboynuma!..

Bu şeiri də sənyazmısan,

Babalı mənim boynuma...

***

Barmaqlarımyaman şeydi,

Hara gəldiuzanır.

Çıxarmağa gözaxtarır,

Mənə düşmənqazanır.

Bir ucu hey tətikdədi,

Hədəf elə özüməm.

Bu barmağınşıltağına

Vallah mənəm ki,dözürəm.

Üstündə saydöydürmüşəm,

Sıfırdandoqquzacan.

Tutanda qız əllərindən,

Buraxmırdoqqazacan...

***

Nə olar, bir səhərdurub görəsən,

Divarlar üstünəAllah yazdırıb.

Qış günüsoyuqdan ölən ağacın

Yasına mart ayıyarpaq yazdırıb...

Başını yelləsən,odu közərir,

İşıq vermir,amma işıq söz verir.

Bircə eybi varki, dünya gözəlin

Məni qucağınaqonaq yazdırıb...

Şükür o göydəkiismin halına,

Şükür yağışına,şükür qarına.

Şükür adımızı özjurnalına

Əcəl adqoydudanqabaq yazdırıb...

***

Başının uğultusu

alnında şırı

m açan

kotandandı...

Səni

qoluna girməyəçağıran

Vətən-dəmdi...

Narı sümürürsənsə,

süddənyanıqsan...

Gözünlə qaşınınarasındakı

qapı açılangün...

o yanlıqsan...

Meşələr

qışda Günəşə

odun atmaqüçündü...

Yaydan çıxanoxlar

payıza çatmaqüçündü...

***

Bunu ancaq sənədanışıram-

Bircə balama

Kasıb evində bağlanmış

Turşu bankasıdıatan.

Ağzı hərdənaçılır-

bayramdanbayrama.

Sənin dünyaya gəlişində

Bayramdı deyə

Bir -iki sözümolacaq

Allah eləsinoxşamasın

sağlığa,

nəsihətə,

öyüdə,

gileyə.ətin gündə,bərk ayaqda.

Quş quşla ötmürbalası,

Şair şairlə dilləşmir.

Quş budaqdaoxuyur,

şair varaqda.

Qadına yalandanışmazlar,

Həqiqət kişidi,səhv eləmirəmsə.

Əlbəttə, kişilazımdı qadına.

Kişiyə gerçəyideməzlər,

yalan qadınaoxşar na görə

hər kişinin ürəyindən

baxmaq keçəryalanın dadına.

Bir də unutma,

Mən kimsəsizliyimdənbənzərsiz oldum,

Sən deyəsənatana oxşayacaqsan.

...Bu qədər,balası.

Gecdir ,uyu.

Gör göy üzü nə qədərqayğıkeşdir,

gecənin kürəyinə

ulduzdan piltəqoyur.

***

İşdi-qəzadı

səndən əvvəl ölsəm,

məni son mənziləaparırlar görsən,

vəsiyyətimə əməlelə:

Arxamca su at,

uğur dilə.

Saçını yolma,

köksünü ötürmə.

Allahın yanınagedirəm

ürəyinə ayrı şeygətirmə,

Borclununqapısın döyərlər:

Yeganə borcluqaldığım

əvəzini vermədənaldığım

son nəfəsdən özgə

kimsəni qapımayaxın qoyma.

Bir də

ta uşaq deyilsən

burnunun suyunu

gözündən axıdan

bu faniyəuyma...

***

Dağa bax...sənallah

nə gündədi

Ayağı ayağınadolaşan

beş-altı ağacdı

qozbel torpağı

balatası qaçmışkündədi...

Dili yoxdu

ildırım vurandaçığıra

pulu yoxdu

özünə lift çəkdirə,

dərəni qonaq çağıra...

***

Rəngsizdi,tamsızdı,

ətsiz-qansızdı,

Allahsız,imansızdı,

Mən çəkən dərdlər.

Nəfsi bıçaqdaniti,

içimi dağıdır,didir,

vecinə deyiləm qəti

Mən çəkən dərdlərin.

Nə ət deyil,

nə siqaret

Deyəsən çəkildi,qurtardı.

...Dünya, Tale,Tanrı deyilən

nə var hamısıgünahkardı

Mən çəkən dərdlərə.

Dərdi nə çəkiləsidi,

nə qaçılacaq,

Mən çəkən dərdlərin.

...Bir gün"sərgisi" açılacaq,

Mən çəkən dərdlərin.

***

Yazırsan:"Ölürəm..." Min şükür, alqış!

Nə yaxşı, sevgidənölən hələ var.

Demə, kişidən dəmələk olarmış,

Əzrayılolanda axı nə olar...

Bilmirəmdünyanın xoşbəxti deyim,

Bilmirəmdünyanın bədbəxti sənə.

Düzü,istəmirəm xətrinə dəyim,

Cavabaxtarıram nə vaxtdı sənə...

Kimsə ayağınıqoymaz içəri -

Könlümün keşiyinbalam çəkirsə.

Sevgi ötəngündür məndən ötəri,

Sən məni səvməklədala çəkirsən.

Cavab məktubumdasözlər baş-ayaq,

Bir ucdanyazilir, pozulur elə.

Qorxuram öləsənsevgin yaşaya,

Qorxuram qalasan- məhəbbət ölə...