Quldurluq edən şəxs tutuldu
Kürdəmirdə quldurluqda şübhəli bilinən şəxs tutulub.
Adalet.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, naməlum şəxs rayon sakini Elnarə Babayevanı qayçı ilə hədələyərək çantasını almağa cəhd göstərib.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Qədirov tutulub.
Fakt üzə araşdırma aparılır.
Digər Xəbərlər
01 May 2024 09:43