adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
31 Oktyabr 2014 13:13
2681
HADİSƏ

Quba-Xınalıq yolunda uçqun olub

Azərbaycanın Quba rayonunda, Quba-Xınalıq yolunun 36-38 km-dəuçqun baş verib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər NazirliyininKompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogengeoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, hadisə son yağıntıların təsirindən mövcuduçqun sahələrinin aktivləşməsi nəticəsində baş verib. Ümumiyyətlə, bu yolayağıntıların çox düşməsi uçqun təhlükəsini artırır.

S.Əmiraslanov deyib ki, son günlər əsasən cənub bölgəsindəkisürüşmə sahələrində - Lənkəran-Lerik yolunun 17, 19, 49 və 53-cü km-də vəLənkəranın bir neçə kəndində qismən aktivləşmə baş verib: "Sürüşmə əvvəl mövcudolan sahələrdə qeydə alınıb. Atmosfer yağıntılarının ərazilərə nüfuz etməsi iləyamaclara düşən müəyyən ağırlıq qüvvəsi nəticəsində sürüşmə sahələrindəaktivlik baş verıb”.

Onun sözlərinə görə, gözlənilən yağıntılar bəzi ərazilərdəsürüşmə ehtimalını artırır. Yağıntlılarla əlaqədar ilk növbədə respublikanındağlıq ərazilərdən keçən və sürüşməyə məruz qalmış yollarda sürüşmə sahələrininaktivləşməsi müşahidə edilə bilər.