Qubada məsciddən oğurluq edən qadın saxlanılıb
Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsində dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.
Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.
İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21