adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Fevral 2019 11:04
6186
HADİSƏ

Qubada çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edilib

Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1 nəfərin axtarışları davam etdirilir.

FHN-dən Adalet.az-a verilən məlumata görə, axtarışlara Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.