Qubada ailə dramı: Qadın ərindən 5 gün sonra özünü asdı
Yanvarın 2-də Quba rayonunda intihar hadisəsi baş verib.
Adalet.az Publika.az-a istinadən xəbər verir ki, rayonun Susayqışlaq kənd sakini, 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Məlumata görə, beş gün əvvəl, yəni dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı - 1969-cu il təvəllüdlü Səməd Bədirxanov özünü yaşadığı evin talvarından asaraq intihar edib.
Bildirilir ki, ailədə ciddi problemlər olub. Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadın özü də həyatına son qoyub.
Hər iki faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02