Qripə qarşı “universal” nanovaksin yaradılıb
ABŞ-ın molekulyar biologiya mütəxəssisləri insanları və heyvanları A qripinin demək olar ki, bütün ştamlarından qoruyan universal nanovaksinin ilk prototipini yaradıblar. Onlar nanohissəciklərin strukturunda dəyişiklik edərək yağ komponentlərini virusun digər zülal komponentləri ilə əvəz ediblər.
Siçanlar üzərində aparılan təcrübə göstərib ki, yeni vaksin gəmiriciləri virusların həm epidemik versiyasına, həm də daha nadir növlərinə aid qrip ştamlarının ölümcül dozalarından qoruyub.
Növbəti eksperimentlər və bu nanohissəciklərə virusun digər elementlərinin əlavə edilməsi, insanı təkcə nadir və A növ viruslardan deyil, qripin bütün növlərindən qorumaq iqtidarında olan təsirli universal vaksin yaratmağa imkan verəcək.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02