adalet.az header logo
  • Bakı -°C
25 Fevral 2026 20:32
85
DÜNYA
A- A+

Qrenlandiyanın hara məxsus olduğunu bilmədi - VİDEO

BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti Annalena Berbok Qrenlandiyanı səhvən Avropa İttifaqının bir hissəsi adlandırıb. 

Adalet.az xəbər verir ki, Berbok Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibədə bildirib:

"Əgər onlar lap əvvəldən amerikalılara "Dayan, Qrenlandiya da Aİ ərazisidir" deməsəydilər, əlbəttə ki, ABŞ-da bir çoxları bunu ciddiyə almazdılar. Davosda hətta aparıcı qlobal korporasiyaların yüksək vəzifəli şəxsləri məndən soruşdular: Qrenlandiya hazırda Avropa üçün niyə bu qədər vacibdir? Onlar Avropa bazarında fəaliyyət göstərdikləri üçün bunu bilməlidirlər".

Aparıcı Berbokun səhvini düzəldib və qeyd edib ki, Qrenlandiya Aİ ərazisi deyil.