“Qoyun yaşayaq...”- Yusif Mustafayev onun ittihamlarına cavab vermək istəmədi...

Xəbər verdiyimiz kimi dünən müğənni Əli Mirəliyev saytımıza açıqlaması zamanı Əməkdar artist Yusif Mustafayevlə müğənni Manaf Ağayevi müqayisə edib. Ə.Mirəliyev açıqlaması zamanı Y.Mustafayevin oxuya bilmədiyini və Əməkdar artist fəxri adına layiq görüldüyünü bildirib. Amma müğənni M.Ağayevin bu ada çoxdan layiq olduğunu deyib.
Adalet.az-ın əməkdaşı məsələylə bağlı Əməkdar artist Yusif Mustafayevlə əlaqə saxlayıb və mövqeyini öyrənmək istəyib. Y.Mustafayev Ə.Mirəliyev adını eşidən kimi danışmaq istəmədiyini bildirib:
“Balanızın başına dönüm belə şeyə görə mənə zəng vurmayın. Qoyun yaşayaq”-deyərək telefonu söndürüb.
Vasif Əlihüseyn