Qonşusunun evini yaran şəxs saxlanıldı
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tərdbirləri nəticəsində yaşayış evindən pul, qızıl və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara şəhər sakini E. Ağazadə Rayon Polis Şöbəsinə müraciət edərək axşam saatlarında evdə olmadığı vaxt naməlum şəxs tərəfindən onun yaşadığı mənzildən 1 ədəd qızıl üzük, 90 manat pul və məişət əşyalarının oğurlandığını bildirib. RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törədən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara şəhər sakini Elşad Seyfullayev olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlı bağlı Astara RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 17:32
Sədərək rayonunda sursat partladı: İki nəfər həlak oldu
28 Aprel 2024 15:03Dərədə köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
28 Aprel 2024 12:51Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15