Qohumunu ov silahı ilə vurmaqda şübhəli bilinən şəxs SAXLANILDI

İyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi "Mercedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Digər Xəbərlər

Bakıda itkin düşən kişi qətlə yetirilib - arvadı tutuldu

Daha bir "TikTok"er həbs olundu

Ölkəyə narkotik vasitələr gətirən “TIR” sürücüsü həbs edildi - VİDEO

Bakıda qətl - Yeniyetmə saxlanıldı

Tovuzdakı dəhşətli qətlin təfərrüatları - VİDEO

Yasamalda baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb

Su polisi Xəzər dənizində brokonyerlik edən iki nəfəri saxladı
