Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Adalet.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb.
Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Digər Xəbərlər
29 May 2026 12:24
İrandan külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanıldı - VİDEO
27 May 2026 11:17
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi
26 May 2026 15:50
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü
26 May 2026 12:38


Bakı -°C

