adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Sentyabr 2019 09:54
21805
KRİMİNAL

Qobustanda ailə faciəsi: qardaş bacısını və qardaşını bıçaqlayıb

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Azxəbər verir ki, Nərimankənddə qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunubıçaqlayıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Qurbanovaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.

Faktla bağlı araşdırma aparılır.