“Qobu Park-2”də yanğın söndürüldü: 50 nəfər təxliyə edildi - YENİLƏNİB + VİDEO
“Qobu Park-2”də yaşayış kompleksində binada baş verən yanğın söndürülüb və mənzillər yanğından mühafizə olunub.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.
Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-in qüvvələri tərəfindən ümumilikdə 50 nəfər təxliyə olunub.
10:37
“Qobu Park-2”də yaşayış kompleksində binada yanğın başlayıb.
Adalet.az xəbər verir ki, yanğın yaşayış kompleksinin 12-ci binasının ikinci blokunda qeydə alınıb. Alov binanın 3-cü mərtəbəsində başlayıb. Hazırda əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunublar. Alovun söndürülməsi istiqamətində iş aparılır.
Yanğın zamanı bir nəfər sakinin zəhərləndiyi bildirilir.
İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan yaranıb.
Digər Xəbərlər
23 Dekabr 2025 12:05
28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı məhkəmədə ittiham elan olundu
22 Dekabr 2025 11:34
Geomaqnit qasırğası gözlənilir
22 Dekabr 2025 10:47
Bakıda bacı-qardaş faciəli şəkildə öldülər
22 Dekabr 2025 09:59
Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq
22 Dekabr 2025 09:18
Bakıda kişi evdə yanaraq öldü
19 Dekabr 2025 18:48
Ataları tərəfindən döyülən uşaqlar xəstəxanaya yerləşdirildi
19 Dekabr 2025 16:22
İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO
19 Dekabr 2025 15:25


Bakı -°C

