QLAZQO UNİVERSİTETİNDƏ MİNİ BOMBA
Böyük Britaniyanın Qlazqo universitetinə London aeroportunda və vağzalında bundan əvvəl tapılmış analoji əldəqayırma partlayıcıya oxşayan bağlama göndərilib.
Britaniya polisinin saytından verilən məlumata görə, universitetə şübhəli bağlama göndərilməs ilə bağlı məlumat daxil olub və təcili olaraq xüsusi xidmət əməkdaşları bununla bağlı məlumatlandırılıb. Universitetin bir neçə binası boşaldıqdan sonra polislər bağlamanı nəzarət altında partladıblar. Partlayış nəticəsində xəsarət alan olmayıb. Klark Caretta polisinin əks terror xidmətinin nümayəndəsinin sözlərinə görə, Qlazqo universitetinə göndərilən bağlama və partlayıcı maddənin tipi bundan əvvəl Londonun Vaterloo vağzalında və Hitrou aeroportunda tapılan üç bağlama ilə uyğun gəlir. Bildirilir ki, polisin ilkin gümanına görə, bu bağlamalar İrlandiyadan göndərilib.
MEHRİBAN
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43