Qızılca xəstəliyinin yaratdığı fəsadlar
"Qızılca xəstəliyinə yoluxan hamilələr vaxtında həkimə müraciət etməli, fəsadların olub-olmaması izlənilməlidir".
Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, qızılca əleyhinə peyvənd canlı növ olduğundan ona peyvənd vurulması əks-göstərişdir.
T.Eyvazov əlavə edib ki, qızılcanın yaratdığı fəsadlar arasında pnevmoniya, tənəffüs yolları infeksiyaları, qulaqağrısı, limfa düyünlərinin iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi yer alır: “Bundan başqa, qızılca orqanizmdə immun sistemini xeyli zəiflədir. Digər bakterial infeksiyalar da virusa qoşulsa, antibiotik müalicəsi qaçılmaz olur. I doz peyvənd 95 %, II doz isə 95 %-dən yuxarı qoruyur”.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15


Bakı -°C

