Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanıldı
Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir zamanı Milli Parkın ərazisindəki Kiçik Körfəz su sahəsində qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan Masallı rayon sakini Telman Məcidov saxlanılıb.
Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır
Digər Xəbərlər
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52


Bakı -°C

