"Qızıl ehtiyatlarının artırılması Dövlət Neft Fonduna 10 milyard dollardan artıq vəsait qazandırıb"
Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı.
Adalet.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan dövlət başçısı qeyd edib: "Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir".
Digər Xəbərlər
07 Yanvar 2026 13:47
“Qızıl ehtiyatların həcminə görə Azərbaycan dünyada ilk iyyirmi beşlikdə qərarlaşıb...”
07 Yanvar 2026 11:10
“Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası...”
07 Yanvar 2026 11:03
“Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək...”
07 Yanvar 2026 10:13
Azərbaycan nefti ucuzlaşdı
06 Yanvar 2026 19:54
Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırdı
06 Yanvar 2026 15:16
Pensiya alanlara şad xəbər - Gələn aydan artımlar veriləcək
06 Yanvar 2026 13:35
Ağdam-Xankəndi dəmir yolu xəttində görülən işlər açıqlandı
06 Yanvar 2026 11:03


Bakı -°C

