adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
31 Oktyabr 2014 12:35
3679
GÜNDƏM

Qiymətli kağızlar bazarına yeni qaydalar

Azərbaycanda "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydaları təsdiq olunub. SİA-nın məlumatına görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə təsdiqlənən qaydalar 2015-ci ildə qüvvəyə minəcək. Yeni qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, dilerlər, fond birjaları, depozitarlar, klirinq təşkilatları və qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən QKDK-ya təqdim edilən hesabatlara dair tələbləri, habelə onların QKDK-ya təqdim edilməsi və açıqlanması proseslərini tənzimləyir.