adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Iyun 2019 16:52
21498
ƏDƏBİYYAT

QİSMƏT YARADICILIĞINDA ASKETİZM

Jurnalsit dostum Ağa Cəfərli hərdən mənəzarafatla sataşır: "nə qədər həssas adamsan, amma baxan elə bilər "daş” kimikobud, duyğusuz bir qaya parçasısan..” Bir neçə dəfə yazılarımı oxuyub, "filanhissədə çox diqqətli olmusan, filan yerdə müşahidən xoşuma gəldi” dədeyib. Ədəbiyyatı güzgü kimi qarşımaqoymağı da unutmur. Belə günlərin birində Ağa Cəfərli şair, tərcüməçi Qismət Rüstəmova qayğı,bir az da təbəssüm dolu nəzərlərlə baxıb sual verdi:

- "Turalı tanıyırsan da...?!”

-"Bəli” Qismət ağır intonasiyailə cavabverdi. Elə o an içimdə kəpənək kimi uçan misralar naməlum bir həyəcanla mənə buyazını qələmə almağa vadar etdi. O cavabın "bəli” yaxud "xeyr” olmasından asılıolmayaraq, çoxdandı yazmağa hazırlaşdığım bu yazını məhz bu gün yazmağım daayrı bir qismətdir...

Hələ də fəlsəfədə asketizm və praqmatik düşüncə tərzi ConDyuninin insanıntəbiətə rəngarəng münasibətlərini əhatə edən naturalist perspektivdə, digər tərəfdənisə sosial təcrübə kimi mənəvi-siyasi aspektdə nəzərdən keçirməkləinsanıntəbiətə rəngarəng münasibətlərini əhatə edən naturalist perspektivdə, digər tərəfdənisə sosial təcrübə kimi mənəvi-siyasi aspektdə nəzərdən keçirməkdən o yana keçəbilməyib. Bu mənada ədəbi cərəyanlarında fəlsəfi baxış bucağından çıxış etməsi təbii haldır...

Asketizm və praqmatizm təsadüfi olaraqqarşımıza çıxmayıb. Daha doğrusu mənim qarşıma... Belə ki, müasir Azərbaycan ədəbiyyatınahəm asketik, həm də praqmatik tərzi nümayiş etdirən şair Qismət Rüstəmovun yaradıcılığınaməhz asketik və praqmatik yöndən baxıb, təhlil etmək istədim... Belə birbaşlanğıcı heç özüm də gözləmirdim. Bəlkə:

Gözlərindən öpərəm,dodaqlarından sənin,

Şirin sözlər asaram qulaqlarından sənin,

Saçını oğurlayıb daraqlarından sənin,

Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,

Yandıraram gecələr, gəlirsənmi yoxlaram...

Sözlərin su kimi axıb, hiss və duyğudaşlarına çırpılıb durulduğunu, saflaşdığını görürük. Bu saflığı, bu duruluğuşeirə tətbiq etməklə, yeni bir ovqat verməyi bacaran Qismət Rüstəmov məhz buişində asketik bir görkəm alır, dünya nemətlərindən imtina edir və daha bəşəriolur. Asketizm sizi qorxutmasın, bu çağdaş ədəbiyyatımızda yenilik deyil, ammaçox da rast gəlinəsi bir hal da deyil. Vaqif Bayatlı Odərdə də var, MusaYaqubda da var məsələn. Qismətdə isə belə alınıb ki, asketizm yeni forma vəməzmunda biçilib. Bəli, məhz biçilib, şeirlərinin boynuna, buxununa... Nədərviş, nə sufi deyil. Amma irfanidi. Məsələn:

İstəsəniz, montajda kəsərsiniz.

Keçmiş yaddaşımızda olanqədərdi,

bundan artığı…

Üzümüzü həmişə keçmişətutduq deyə,

gələcəyə arxamızı çevirdik.

Amma sonraya saxlamasaydıq,

işıq dirəklərinə qonangöyərçilərin səsini,

körpələrin gülüşünəinansaydıq birinci gündən,

Bu Günü elə Bu günyaşasaydıq,

onda Zaman axsaq addımlarla

yanımızdan ötüb keçməzdi…



Qayıdaq yenə asketizmə.Niyə məhz asketizm? Məsələn ola bilərdiki, Qismətin şeirlərində rasional düşüncəni önə çəkmək olardı. Ki, şeirlərindərasional baxışlar da var. Bu oxucu üçün o qədər önəmli deyil. Oxucu şeirdənzövq almaq istəyir. Zövq alır da. Amma bu zövqün mayasında nə durur və ya nəvar onu görmək və demək lazımdır. Məncə Qismətin şeirlərinin mayasında dərinşərq peripatetizmi və qədim yunan-roma mifologiyası dayanır. Şərq peripatetizmindəFəxrəddin ər-Razinin fələsəfi ilə tanış olanlar bu məsələdə daha tez duyuqdüşər. O ki, qaldı qədim yunan-roma mifologiyasına burada məhz ecazkar qadınpersonajlarını göstərmək olar...

Əlləri su damlası, boynuuzun

Yelena,

Səsin mənə mükafat, gözünhüzn

Yelena,

Şeir oxu soyuqda, sözləqızın,

Yelena, Qızınmasan yandırki, qızınasan

birtəhər,

Yoxlamışam, Yelena, yaxşıyanır

şeirlər...

Buradakı Yelena ZevsinHerasıdı, hətta bir az da irəli getsək, Fedidadır... Məhz yunan-romamifologiyasının izlərini Qismətin bir çox şeirlərində tapmaq olar. Bu da şairinintellektual səviyyəsindən və ən gözəl unudulmuş köhnəni- yeni bir nəsnədətəqdim etmək istəyindən irəli gəlir...

o gün, hə, o gün

sən dodağında qırmızıqətiyyət,

əynində "qadın hüquqları vəqaşqabaq”

gəlmişdin görüşə,

mən boğazıma qara birciddiyət taxıb,

təraş olub,

bəyəndiyin ətirdən dəvurmuşdum.

Qismətinşeirlərində səmimiyyət vulkanı püskürür, bu vulkan Vezuvi vulkanı kimi "banal”və " standart” şəhər statusu alan şeirləri yox edir... Pompey şəhəri kimi...Ona görə də öncə Qismətin şeirlərinin səmimiyyətindən yapışıb demək lazımdırki, bu şeirlər ona görə sevilir, oxunur, bəyənilir...

O gün idi, hə, o gün

13-ü cüməyə düşmüşdü,

"Araz” kafesində ayrılmaqüçün görüşürdük,

Azərbaycan kimi...

ofisiant,

bizi görən kimi öskürmüş,

sifətinə gülüş,dilinə hazır rusca sözlər geyinib

gəlmişdi yanımıza.

Mən "Günah anandadı!”salatı ,

yanında "Sən mənibaşadüşməzsən” qızartması istəmişdim.

Sən "Özün bilərsən” şorbasıdemişdin,

bir də "Mən yaxşı yaşamaqistəyirəm” püresi.

Sükutun qədəhinə

qırmızı, kəmturş ittihamlarsüzülən kimi,

hörmət quşunun boğazıüzülən kimi,

hesabı istəmişdik.

Ürək sirr kimidir. Bu sirrin açılması həm də yeni bir dünyanın kəşfideməkdir. Qismət yeni dünyaların kəşfi ilə məşğuldur. Bunu işi o yazdığışeirləri bacarır. Qismətin şeirləri nə qədər sirrləri açıb, yeni dünyaları kəşfedib... Çünki Qismət həm də praqmatik düşünməyi bacarır, bu onunyaradıcılığında bir xətt kimi keçir. Praqmatizm sizi yanıltmasın. Söhbət maddidünyamızı idarə edən fəlsəfi axımdan gedir. Bu cərəyana görə reallıq vədoğruluq insan fəaliyyətindən asılıdır. Buna görə də gerçəklik, doğruluq vəinsan fəaliyyətinin nəticələri, ortaya qoyduğu faydaya, yarara görə dəyərləndirilir...

Qoca şəhər yatıbsa, saat üçü keçibsə,

Darıxanlar ordusu səni başçı seçibsə,

Baş götürüb qaçıbsa gözlərinin yuxusu,

İçini yandırırsa kimsəsizlik duyğusu,

Yenə küləklər kimi sərsərisənsə əgər,

Kədər satan gecəyə müştərisənsə əgər,

Bir fotonun önündə yüz fikrə getmisənsə,

Dözməyin köynəyini min tikə etmisənsə,

Asta yağış yağırsa, it hürürsə küçədə,

Küləklərdaha əsmir, sənə köks ötürürsə -

Sən yığan nömrələri bu qəribə gecədə,

Eləcə təkrar-təkrar Səssizlik götürürsə -

Qismətin şeirlərindən hərəöz payını götürür. Kimi sevinc payını, kimi qəm payını, kimi də unutmaqpayını... Bütün bunlar şairin içdən gələn hiss və duyğularının səhər şehi kimitəbiiliyindən, axşam rüzgarı kimi doğmalığından irəli gəlir. Qismətinşeirlərində hamıya həm tanış, həm də yad olan bir məqam var: "Bağışlamaq”məqamı. Bu məqamı yaşayanlar şairin şeirlərində özlərini görür...

Kompüter yanında kaktus kimisənsə çoxdandı,

telefonunsusursaQrahamBelinsəsiylə,

teleseriallarağladabilmirsədaha,

saatlıbombaürəyilədöyünürsə

divarsaatındavaxt,

darıxma, sıxılma, üzülmə.

Nəsəelə, dostum, nəsəelə…

Əlimizdən gələni etdik. Etdik ki, nəsəetdiyimizi düşünək. Hələlik etdiklərimiz bu yazı ilə yekunlaşır. Bu yazını da"etmədiklərimizə” borc bil şair...

Tural Cəfərli