adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Dekabr 2017 14:33
24563
MARAQLI

Qış gecələrində soyuqdan yox, qorxudan titrəyəcəksiniz

Qış aylarında vahimə dolu adrenalinin ayrı həzzi var. Baxılan qorxufilmi və ya oxunan mistik kitabdan sonra uzun qış gecələrində, yorğan altındatitrəməyə nə deyirsiniz? Soyuqdan titrəməkdənsə, qorxudan titrəmək dahazövqlüdür. Ən azından kasıbçılığı, kommunal problemləri yaddan çıxarar. Həm dəadrenalin qanı qaynadır, havayı istilikdir də... Odur ki, qış gecələrində sizi əsməcəyəsalacaq siyahını təqdim edim.

1. "Parıltı”– Stiven Kinqin əsərləriarasında ən dəhşətlisi hesab olunur. Bir ailə qış ayında köhnə, istifadəsizhotelə yerləşir. Hadisələrin dəhşəti də bundan sonra başlayır. Yazıçı əsərdəotaqların boşluğunu, səssizliyi, kölgələrin hərəkətini, əcaib səsləri sözlə mükəmməltəsvir edir. Yeri gəlmişkən, əsərin çox dolğun ekran versiyası var. Əlbəttə ki,dəhşəti tamaşaçıya ən gözəl çatdıra bilən aktyor Cek Nikolsonun təqdimatında!

2. "Yuxuyozan” – Stiven Kinqdən daha bir şedevr. Dörd cavan dost yuxarı siniflərinələ salaraq döydüyü məktəbli oğlana qahmar çıxır. Dadets adlı bu kiçik oğlanminnətdarlıq olaraq dostlara telepatik qabiliyyətlər ötürür. Bu hadisəninüstündən 20 il keçəndən sonra köhnə dostlar qış günlərindən birində şəhərkanarıevə yığışırlar. Məqsəd – yeyib-içib şənlənmək, gəncliklərini yada salmaq olur.Amma o evdə baş verənlər dostların planını alt-üst edir. Bu evdə bəşərsivilizasiya qədər baş verənlər canlanır və bununla da neçə ölümə səbəb olur.İşin ən qəribə tərəfi isə Dadetslə bağlı olur, daha doğrusu onun adi bəni-insanolmaması ilə bağlı...

3. "Terror” – Den Simmonsun qandonduran əsəri. Real hadisələr əsasındayazılıb, amma yazıçının əlavə etdiyi mistik səhnələr baş vermiş hadisənin bütünvahiməsini göz önünə sərir. Hadisə 1845-ci ildə baş verib. "Terror” adlı gəmiadmiral Con Franklinin komandanlığı ilə İngiltərə sahillərini tərk edir.Atlantik və Sakit Okean arasında gəmi yoxa çıxır. Bu günədək heyətin başına nələrgəldiyi üzərində baş sındırırlar. Simmonsun təxəyyülünə görə, naməlum ərazidəsaya oturan gəmi heyəti tezliklə vahiməli ərazidə qorxu içində yaşamaqla bərabərhəm də zorən adamyeyənə çevrilirlər. Günlərdir ac qalan dənizçilər bir-birləriniyemək üçün yarışa girirlər.

4. Rey Bredberidən seçmələr. Uzağa getməyin bu möhtəşəm yazıçıdan seçmə hekayələriAzərbaycan dilinə elə mən özüm tərcümə etmişəm. Xüsusilə "Balaca qatil”,"İzdiham”, "Borular”, "Kölgə” hekayələrinə diqqət edin. Bilərəkdən bu cür qandonduracaqhekayələr seçmişəm. Daha doğrusu, bu janrı sevənləri düşünmüşəm. Mən də axısizlərdən biriyəm...

5. Rey Bredberidən daha bir vahimə – "Yenə də peyda oldular”. Əsərin qəhrəmanı gecə yuxudan qəribə səslərəoyanır. İki kişi səsidir, nəsə daşıyırlar. Amma bir anda dərk edir ki, bu səslərona tanış gəlir, daha doğrusu səslər beyninin içindən çıxır. Az sonra məlumolur ki, pəncərədən gördüyü səhnə də təkrardır. Elə özünü bayıra atır ki, başverənləri anlasın... (Gerisini tapıb oxuyarsınız).

Mistikanın klassikası da qışgecələrinizi bəzəyə bilər. Buna ən gözəl misal Mixail Bulqakovun "Ustad vəMarqarita”, Oskar Uayldın "Dorian Qreyin portreti”, Nikolay Qoqolun "Yeni ildən öncəki gecə”,Brem Stokerin "Drakula” əsərləri də klassik "horror” janrında qorxunuzu"oxşayacaq”.

ŞəfiqəŞƏFA