Qırğızıstanda güclü zəlzələ oldu

Qırğız Respublikasının ərazisindəki İssık-Kul gölünün cənubunda 6,2 maqnitudalı zəlzələ olub.
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub.
Seysmoloqların verilənlərinə görə, Bakı vaxtı ilə saat 01:30-da qeydə alınan təbiət hadisəsi Qazaxıstanın ən iri şəhərində 2-3 bal civarında hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Digər Xəbərlər

Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib - FOTOLAR

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür
