Qida təhlükəsizliyi funksiyası yeni agentliyə veriləcək
"Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı işlər davam etdirilir".
Adalet.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin müavini qurumun yeni agentlik olduğunu vurğulayıb: "Prezidentin fərmanı ilə həmin qurumun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda əhalinin sağlam qida ilə təmin olunması istiqamətində atılan addımlar çox böyük əhəmiyyət kəsb edir. Agentliyin yaradılması istiqamətində lazım olan hüquqi bazanın yaranması demək olar ki təmin edilib. Sərəncam və lazım olan işlər yerinə yetirilib. Bu yaxınlarda digər tamamlama işləri həyata keçiriləcək".
Ə.Əhmədov qeyd edib ki, həmin agentliyin böyük funksiyaları olacaq: "Təbiidir ki, agentliyin fəaliyyətə başlaması xeyli vaxt tələb edəcək. Bir neçə qurumlar var ki, həmin qurumlar da bu günə qədər qida təhlükəsizliyi funksiyası həyata keçirib. O funksiyalar həmin qurumlardan alınıb vahid bir mərkəzdə cəmləşəcək, bu proses həm hüquqi, həm texniki, həm də təşkilati baxımdan bir neçə vəzifənin yerinə yetirilməsini tələb edir. Onların üzərində iş aparılır".(azvision.az)
Digər Xəbərlər
27 Aprel 2024 11:01
Terrorçunun aqibəti: Başsız basdırılan yezidi Kərəm Sloyanın doğulma peşmançılığı
26 Aprel 2024 21:15Kəmaləddin Heydərov müşavirə keçirdi
26 Aprel 2024 18:40Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
26 Aprel 2024 18:00Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel 2024 17:32