adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 May 2022 11:00
2975
LAYİHƏ

QHT tədbirlərə start verdi

Şəhid ailələrinə maddi və mənəvi dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Şəhid ailələri və qazilərin hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsi çərçivəsində Yasamal rayonunda tədbir keçirib.

Layihə barəsində məlumat verən təşkilat sədri Nəzakət Həsənova əsas məqsədin hökumətin şəhid ailələri, qazilərlə bağlı həyata keçirdiyi işlərdə vətəndaş cəmiyyətinin rolunun artırılması və bu təbəqədən olan insanların problemlərinin minimuma endirilməsindən ibarət olduğunu deyib.

Bildirib ki, layihədə qarşıya qoyulan vəzifələr aşağıdakılardır: “İşçi heyyəti formalaşdırılacaq. Bakı şəhərində Yasamal və Səbail rayonları, İsmayıllı və Hacıqabulda olan şəhid ailələri və qazilərin hüquqularının qorunması istiqamətində həyata keçirilən işlər araşdırılacaq, mövcud problemlər öyrəniləcək və bu problemlərin həlli yönündə aidiyyatı qurumlara müraciətlər ünvanlanacaq. Bakı şəhərində Yasamal və Səbail rayonları, İsmayıllı və Hacıqabulda olan şəhid ailələri və qazilərin hüquqularının qorunması istiqamətində 400 ədəd kitabça (50 səhifəyədək) çap olunacaq. Kitabçada qəbul olunan qərarlar və hüquqi aktlar öz əksini tapacaq. KİV-lə əməkdaşlıq ediləcək və mövcud problemlərin həllində KİV-lərin imkanlarından istifadə olunacaq. Yekun hesabat donor təşkilata təqdim olunacaq”.

N.Həsənova onu da deyib ki, layihə çərçivəsində Bakı şəhərində Yasamal və Səbail rayonları, İsmayıllı və Hacıqabulda olan şəhid ailələri və qazilərin hüquqularının qorunması istiqamətində həyata keçirilən işlər araşdırılacaq, mövcud problemlər öyrəniləcək və bu problemlərin həlli yönündə aidiyyatı qurumlara müraciətlər ünvanlanacaq. Eyni zamanda şəhid ailələri və qazilərin hüquqularının qorunması istiqamətində 100 ədəd kitabça (50 səhifəyədək) Yasamal rayonunda olan şəhis ailələri, qazilərə pulsuz paylanacaq.

Tədbirdə çıxış edən "Qarabağ Müharibəsi Əlilləri, Veteranları, və Şəhid Ailələri" İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri Bəhram Şeydayev Yasamal rayonunda şəhid ailələri və qazilərlə bağlı davamlı işlər aparıldığını bildiridi. Qeyd etdi ki, bu təbəqədən olan insanlar daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, 44 günlük müharibə və müharibədən sonar rayon rəhbərliyinin həyata keçirdiyi işlər nəticəsində bu təbəqədən olan vətəndaşların problemləri minimum səviyyəyə düşüb.

Tədbirdə çıxış edən journalist Ədil Ədilzadə layihə barəsində və layihə əsasında çap olunan kitab barəsində tədbir iştirakçılarına məlumat Verdi. Bildirdi ki, çap olunan kitabda dövlət başçısı Cənab İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı imzaladığı fərman və sərəncamlar, eyni zamanda YAŞAT Fondunun bu istiqamətdə gördüyü işlər, Yasamal, Səbail, Hacıqabul və İsmayıllı rayon icra hakimiyyətlərinin həyata keçirdiyi işlər kitabda öz əksini tapıb.

O Vətəndaş Cəmiyyəti İnstitutlarının şəhid ailələri və qazilərlə bağlı davamlı tədbirlər həyata keçirdiyini bildirib. Bu yöndə verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını çatdırıb.

Sonda Yasamal rayonunda olan şəhid ailələri və qazilərə kitablar paylanılıb.