“Qəzet kağızı ƏDV-dən azad olunmalıdır” - Əflatun Amaşov
"Ölkəyə gətirilən qəzet kağızı əlavə dəyər vergisindən (ƏDV) azad olunmalıdır. Əvvəllər bu vergi tətbiq edilmirdi. Amma bir neçə ildir ki, verginin tətbiqinə başlanılıb. Əslində vergi dövlət büdcəsinə elə də böyük gəlir gətirmir, bu rəqəm təxminən yarım milyona qədərdir”.
Bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
MŞ sədri bildirib ki, əlavə dəyər vergisi medianın iqtisadi durumuna mənfi təsir edir: "İndiki şəraitdə medianın iqtisadi durumu və yerinə yetirdiyi ictimai missiya mütləq nəzərə alınmalıdır. Missiya yalnız ictimai deyil, həm də stratejidir. Hər hansı qəzet nəşrini dayandırırsa, ölkəmizin informasiya savaşında mövqeyi zəifləyir. Bu məsələnin reallaşması ümün hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır”.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02