adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
23 Noyabr 2015 15:36
5336
MƏMLƏKƏT

QƏZET FALÇILARI O BİRİ FALÇILARDAN ÇOXDU

Dini Komitəninsədri Mübariz Qurbanlı ölkədə falçılığınqadağan olunması ilə bağlı bir təyinat verib. Ciddi məsələdi. Və bunu həyata keçirməkdə mümkündü.

Bəs qəzet falçılarınınecə? Onu qadağan eləməyə kiminsə gücü çatarmı?

Qəzet və saytfalçıları gah baş naziri çıxarır, yerinə təzəsini qoyur, gah Milli Məclisin sədriniçıxarıb yerinə təzəsini qoyur, gah o naziri çıxarırlar, gah bu naziri, gah filankomitə sədrini, gah filan komitəni ləğv edirlər, onu buna birləşdirir, bunu onabirləşdirirlər.

Dostum MübarizQurbanlı, ən qorxulu falçılar qəzet və saytlardadı.

Birinə də gözünüstə qaşın var desən, Avropa itli-pişikli tökülüb gəlir və gələcək ki, Azərbaycandademokratiya boğulur.

Məlum terror hadisəsindən sonra Fransada mətbuata böyük qadağalar qoyulub.Amma orda demokratiya boğulmur.

Meşədə görürlər dovşan qaçır. Soruşurlar niyə qaçırsan? Deyir ki:

- Şirin qızına sataşıblar. Sataşanın da üç yumurtası var.

Deyirlər bəs niyə qorxub qaçırsan? Sənin ki, iki yumurtan var. Dovşan deyir:

- Elə döyül ey,tutub aparırlar şirin yanına. Şir yumurtaları qoparır sayır. Deyir ə, üç dənə deyilburaxın getsin.

İndi Fransadada axşam baxırdım. Şübhləndikləri və yaxud qabaqlarına keçən müsəlmanları arvadlı-uşaqlımaşından tökürlər yerə, bir-iki təpik vurandan sonra yoxlayırlar, sonra deyirlərki, yox, sən terrorçu deyilsən, gedə bilərsən.