adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Oktyabr 2018 16:05
5479
HADİSƏ

Qəzaya düşən şəxs xəstəxanada ölüb

Oktyabrın 10-da saat 6 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini Faiq Məmmədov idarə etdiyi "Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, nəticədə xəsarət almış sərnişini, Sumqayıt şəhər sakini Rəcəb Rəsulzadə xəstəxanaya yerləşdirilib və orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.