Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır
Türkiyədə noyabr ayında Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzasının araşdırılması davam edir.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Onun sözlərinə görə, TUSAŞ qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılması işlərini davam etdirir.
Nazir C-130 təyyarələrinin dünyada ən təhlükəsiz təyyarələrdən biri hesab edildiyini və təxminən 70 ölkədə istismar olunduğunu vurğulayıb.
Y.Gülər təyyarə qəzasından sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün C-130 təyyarələrinin yoxlamaya göndərildiyini qeyd edib. "Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək", - nazir əlavə edib.
"Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq", - deyə Y.Gülər söyləyib.
Digər Xəbərlər
20 Dekabr 2025 19:50
Şərqin incisi sayılan, turistlərin heyran qaldığı Halfeti – FOTOLAR
20 Dekabr 2025 19:15
Netanyahu Trampa İrana yeni zərbələr planını təqdim edəcək
20 Dekabr 2025 18:14
Türkiyə dünyada ilk 10-luğa daxil olmağı hədəfləyir
20 Dekabr 2025 17:00
"PUA məhv edildi və hava nəqliyyatı bərpa olundu" - Nazir
20 Dekabr 2025 11:32
“Avropa Parlamentinin qətnaməsi erməni-rus lobbisinin layihəsidir”
20 Dekabr 2025 11:32
“Putin hakimiyyətdədir, müharibənin dayandırılması real görünmür”
19 Dekabr 2025 17:04
İzmitə PUA düşdü
19 Dekabr 2025 16:06


Bakı -°C

