"Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb" - Zərərçəkmiş şəxs
Avqustun 15-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.
Adalet.az xəbər verir ki, L.İsmayılova qardaşının polis əməkdaşı olduğunu, digər 6 polislə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.
Zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.
B.Quliyev təqsirləndirilən şəxs Bako Sahakyanın vəkilinin suallarına cavabında kəndə hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər
17 Avqust 2026 18:08
Qazaxıstan onu Azərbaycana təhvil verdi
11 Avqust 2026 10:54
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
07 Avqust 2026 16:53
Rəşad Dağlı azadlığa çıxır? - VİDEO
07 Avqust 2026 16:37
Prokurorluq həbs edilən rəislə bağlı məlumat yaydı
07 Avqust 2026 10:42
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
06 Avqust 2026 20:08
Bloqerin jurnalistə qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət rədd edildi
06 Avqust 2026 19:42
Tiktoker "Bəniz"ə hökm oxundu
06 Avqust 2026 12:24


Bakı -°C

