Qətər XİN: İsrail İrana hücumla Qəzza ilə bağlı danışıqlar prosesini pozub

İran-İsrail müharibəsi Qəzza zolağındakı münaqişənin həlli üzrə danışıqlarda əldə edilmiş irəliləyişi pozdu.
Adalet.az xəbər verir ki, bu barədə Qətərin Baş nazirinin müşaviri, XİN-in rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.
"Qəzza zolağında mümkün atəşkəsin qiymətləndirilməsindən söhbət gedəndə biz İran və ABŞ, həmçinin HƏMAS və İsrail arasında müsbət dinamika müşahidə etdik. Bu dinamika İsrailin İrana hücum etməsi ilə pozuldu, buna görə də bu müsbət trayektoriyaya qayıtmağın yeganə yolu regionda gərginliyə son qoymaq və diplomatik qarşılıqlı əlaqənin bərpası üçün yollar tapmaqdır. Bu, hazırda məşğul olduğumuz məsələdir", - o qeyd edib.
Digər Xəbərlər

Yaşar Gülər rusiyalı həmkarı ilə İran-İsrail münaqişəsini müzakirə edib

"Nüvə zərbəsi ilə İranı məhv edəcəklər" - Jirinovskidən proqnoz

İran televiziyasının baş ofisində yenidən yanğın başlayıb

"İran regionda qırmızı xətlərini qoruyub saxlayacaq" - Səfir

"Region heç vaxt əmin-amanlıq görməyə bilər" - Pezeşkian

İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir

İranlı ermənilər Ermənistana axışır: Otellər tutulub, kirayənin qiyməti qalxıb
